Azərbaycanın strategiyası insan kapitalının inkişafına və sosial strukturun dəyişdirilməsinə yönəlib. Bu barədə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Ukraynanın “Şəxsiyyətlər” jurnalının prezident İlham Əliyevə həsr olunmuş xüsusi buraxılışının təqdimat mərasimində çıxışı zamanı bəyan edib.
“Bəşər tarixi miqyasında son 10 il çox qısa zaman kəsiyidir. Lakin cəmi 20 yaşı olan dövlət üçün bu, kifayət qədər əhəmiyyətli bir dövrdür. Məhz buna görə İlham Əiyevin onillik prezidentlik dövrünü böyük quruculuq yolunun başlanğıcı kimi nəzərdən keçirmək lazımdır”,- R.Mehdiyev vurğulayıb.
Onun sözlərinə görə bu, dünya ictimaiyyətinin diqqətindən yayınmır.
“Azərbaycanın dünyanın siyasi xəritəsində öz müstəqil yerini tutmasından 20 ildən bir qədər artıq vaxt ötüb. Biz bir çox dövlətlərdən fərqli olaraq özümüzün xüsusi iqtisadi və siyasi modelini yarada bilmişik: son 10 il ölkəmiz üçün görünməmiş iqtisadi inkişaf, siyasi sistemin gücləndirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması ili oldu”,- deyə o qeyd edib.
Prezident Administrasiyasının rəhbəri söyləyib ki, Qərblə Şərqin, Şimalla Cənubun geosiyasi mərkəzində yerləşən Azərbaycan beynəlxalq məsələlərdə özünün müstəqil mövqeyini saxlamağı bacarıb.
“Dövlətimizin 155 ölkənin səsi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi Azərbaycanın beynəlxalq işlərdə mühüm rolundan xəbər verir. Bu gün Azərbaycan ilə təkcə qonşuları deyil, okeanın o tayındakı strateqlər də hesablaşmaq məcburiyyətindədirlər”, - deyə R.Mehdiyev vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət