Gəncə Vaqon Deposunun bazasında yeni müasir sərnişin vaqonları istehsalı zavodunun tikilməsi nəzərdə tutulur. “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun məlumatına görə, bu barədə Gəncə dairəvi yolunun və Gəncə dəmiryol vağzalının binasının yenidənqurmadan sonra açılışında iştirak edən nəqliyyat naziri Ziya Məmmədov məlumat verib.
“Cənab prezidentin tapşırığı ilə bu istiqamətdə İsveçrənin “Ştaller” şirkəti ilə danışıqlar aparılır. Hazırda layihə sənədləri hazırlanır. Güman edirəm ki, bir neçə ay sonra layihənin icrasına bu ərazidə başlayacağıq”, – deyə Z.Məmmədov qeyd edib.
Gəncə vağzalı ilə tanış olan nazirə bildirilib ki, binanın dam örtüyü və fasad hissəsi müasir formada yenidən qurulub. Bina mərkəzi kondisioner və istilik sistemi ilə təchiz olunub. Stansiyada VİP zalı, ana və uşaq otağı da yaradılıb. Eyni zamanda Yük daşımaları departamentinin Qərb sahəsi üzrə binasının, eləcə də Gəncə Lokomotiv Deposunun fasadı və dam örtüyü yenilənib və piyada keçid körpüsü təzədən qurulub.
““Dəmir yolu haqqında Dövlət Proqramı”na uyğun olaraq dəmir yolunda modernləşdirmə işləri aparılır. Onun istiqamətlərindən biri də vağzalların müasirləşdirilməsi, yeni lokomotovlərin alınmasıdır. Artıq 317 km yol əsaslı təmir edilib və qatarların saatda 140 km sürətlə hərəkət etməsinə imkan yaranıb”,- deyə nazir bildirib.
Onun sözlərinə görə, bu proqram gələn il ərzində də davam etdiriləcək. 50 yeni lokomotiv alınacaq.
Z.Məmmədov bu gün Gəncə dairəvi yolunun da açılışında iştirak edib. Ümumi uzunluğu 38 km olan yol 4 hərəkət zolağından ibarətdir. Yol boyu 4 körpü, 82 ədəd müxtəlif diametrli boru, 4 yol qovşağı və 8 avtobus dayanacağı inşa olunub.
Bundan əlavə, yolun keçdiyi ərazidə işarə lövhələri, yol nişanları və zəruri olan hissədə işıqlandırma sistemi quraşdırılıb.
Yol Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 344-cü km-dən başlayır və 382-ci km-də başa çatır.
"Yeni yolun açılışı ilə artıq Yevlax istiqamətindən gələn nəqliyyat vasitələri Gəncə şəhərinə daxil olmadan birbaşa, maneəsiz Gəncə-Qazax avtomagistralına çıxa biləcəklər", – deyə o bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət