ABŞ prezidenti Barak Obama Konqresi Tehrana qarşı yeni sanksiyalar paketini qəbul etməkdə tələsməməyə çağırıb. Bu barədə çərşənbə axşamı Qərb mətbuatı məlumat verib.
“Mən sülh və diplomatiyanın tərəfdarıyam. Bu, indi yeni sanksiyaların tətbiqinin zamanı olmamasına dair Konqresə müraciət göndərməyimin səbəblərindən biridir”, - deyə o, Oval kabinetdə jurnalistlərə bildirib.
Eyni zamanda prezident vurğulayıb ki, əgər İran beynəlxalq vasitəçilər “altılığı” (BMT TŞ-nin beş daimi üzvü və Almaniya) ilə aralıq sazişin şərtlərinə əməl etməsə, o, növbəti məhdudlaşdırma tədbirlərini dəstəkləyəcək.
Daha əvvəl Ağ Ev məlumat verib ki, B.Obama Konqresin yeni sanksiyaların tətbiqini nəzərdə tutan istənilən qanun layihəsinə qadağa qoyacaq.
Bu cür qanun layihəsinin yaxın zamanda Konqresin səsverməsinə çıxarılıb-çıxarılmayacağı hələlik məlum deyil.
Sanksiyaları dəstəkləyən ABŞ qanunvericiləri təsdiq edirlər ki, sanksiyalar sərtləşdirildiyi halda İran nümayəndələri “altılıq”la danışıqlar masası ətrafına əyləşəcəklər, B.Obamanın isə Tehrana təzyiq göstərmək üçün daha çox aləti olacaq.
Xəbər verildiyi kimi, ötən il noyabrın 24-də Cenevrədə İran və “altılıq” ölkənin nüvə probleminin nizamlanmasına dair aralıq saziş imzalayıb.
Bu razılığa əsasən, İran altı ay ərzində sülh atomu ilə əlaqədar bir sıra proqramları dayandırmağı, AB və ABŞ isə Tehranla bağlı bir sıra birtərəfli sanksiyaları qismən aradan qaldırmağı öhdəsinə götürüb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət