“Avro-4” standartlarına uyğun olmayan avtomobillərin Azərbaycana idxalı 1 aprel 2014-cü il tarixindən qadağan olunacaq. Bu barədə Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sadiq Abdullayev çərşənbə günü mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, “Avro-4” ekoloji normaları Nazirlər Kabinetinin “Ölkə ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycanda istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin «Euro-4» ekoloji normalarına uyğunlaşdırılması haqqında” qərarına əsasən 1 aprel 2014-cü il tarixindən tətbiq olunacaq.
“Bildiyiniz kimi, Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin son iclasında ekologiyanın mühafizəsi, ətraf mühitin çirklənməsinin qarşısının alınmasına yönəlmiş tədbirlərin gücləndirilməsi barədə tapşırıq verib. Ətraf mühit və ekologiyanın çirklənməsinin əsas səbəblərindən biri avtomobillərin atmosferə atdıqları zərərli maddələrdir”, - deyə S.Abdullayev bildirib.
Onun sözlərinə görə, 1 aprel 2014-cü ildən etibarən ölkəyə “Euro-4” normalarına uyğun olmayan avtomobillərin idxalına icazə verilməyəcək.
Azərbaycana idxalına icazə verilən avtomobillərin təsnifatı aşağıdakı qaydada aparılacaq: Aİ-yə üzv olan ölkələrdə istehsal olunan avtomobillər (2005-ci il buraxılışı), ABŞ-da (2004-cü ildən), Yaponiya və Çində (2011-ci ildən), Cənubi Koreyada (2006-cı ildən), Türkiyədə (2009-cu ildən).
Rusiyadan Azərbaycana yalnız “Euro-4” standartlarına uyğun olan avtomobillər idxal oluna bilər.
“Bu tələblər hazırda respublika ərazisində istismar edilən avtomobillərə şamil edilmir”, - deyə o izah edib.
O, həmçinin qeyd edib ki, hazırda Azərbaycanda satılan avtomobil benzini “Euro-3” standartına uyğundur.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan illik 9.5% ilə yay krediti!
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət