Azərbaycanla Avropa Şurası arasında sıx əməkdaşlıq qurulub. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Avropa Şurası Parlament Assambleyasının Avropa Şurası Üzv Dövlətləri Tərəfindən Öhdəliklərin Yerinə Yetirilməsi üzrə Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono-Qrex ilə görüş zamanı bəyan edib.
“Azərbaycan 2001-ci ildən Avropa Şurasının tamhüquqlu üzvüdür, ötən illər ərzində ölkəmizlə Avropa Şurası arasında sıx əməkdaşlıq qurulub, qarşıya qoyulan öhdəliklər uğurla yerinə yetirilib”, - deyə V.Talıbov qeyd edib.
Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə Avropa Şurası arasında da əlaqələrin mövcud olduğunu bildirən Ali Məclisin sədri Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Naxçıvan nümayəndə heyətinin təmsil olunduğunu diqqətə çatdırıb.
V.Talıbov muxtar respublikada Avropa Şurası qarşısında götürülən öhdəliklərin icrasının təmin edildiyini bildirib və belə səfərlərin münasibətlərin inkişafı üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Səmimi qəbula və xoş münasibətə görə minnətdarlıqlarını bildirən həmməruzəçilər Naxçıvana ilk dəfə səfər etdiklərini və bundan məmnunluqlarını ifadə ediblər. Qonaqlar əlaqələrin daha da genişlənməsi üçün potensialın olduğunu qeyd ediblər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət