2013-cü ildə Bakıda 10 mindən artıq cinayət hadisəsi baş verib. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov daxili işlər naziri Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2013-cü ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində bəyan edib.
“Hesabat dövrü ərzində Bakıda ümumilikdə 10 524 cinayət hadisəsi qeydə alınıb, onların 82,9%-i (8 714) az ağır və böyük ictimai təhlükə törətməyən, 17,1%-i (1 810) isə ağır və xüsusilə ağır növ cinayətlər olub”, - deyə R.Abbasov vurğulayıb.
2012-ci ilin göstəricisi ilə müqayisədə ötən il şəxsiyyət əleyhinə törədilən cinayətlər 28,9% (2468 - 2012-ci ildə və 1754 - 2013-cü ildə) azalıb. 2012-ci illə müqayisədə
adam öldürməyə cəhdlər 35,3% (34-dən 22-dək), soyğunçuluqlar 17,2% (209-dan 173-dək), dövlət və ya bələdiyyə əmlakı oğurluqları 40,5% (111-dən 66-dək), avtonəqliyyat vasitələrinin oğurluğu 16,7% (30-dan 25-dək), mal-qara oğurluqları 28,6% (49-dan 35-dək), xuliqanlıqlar 2,2% (2012-ci ildə 602-dən 2013-cü ildə 589-dək) azalıb.
R.Abbasovun sözlərinə görə, ağır növ cinayətlərin açılması 0,8% (2012-ci ildə 78,9%-dən 2013-cü ildə 79,7%-dək), o cümlədən qəsdən adam öldürmə cinayətlərinin açılması 1,7% (94,9%-dən 96,6%-dək), quldurluqların açılması 1,9% (79,7%-dən 81,6%-dək) artıb.
Ötən il ərzində qeydə alınmış 15 hədə-qorxu ilə tələb etmə cinayətlərinin hamısı açılıb.
O qeyd edib ki, 2013-cü ildə paytaxtda ümumi cinayətlərin 74,4%-nin, eləcə də şəxsiyyət əleyhinə törədilən cinayətlərin 92,6%-nin açılması təmin olunub.
İl ərzində hüquq-mühafizə orqanlarının əməkdaşları Bakıda qanunsuz saxlanılan 48 odlu silah, o cümlədən 7 avtomat, 26 tapança, 15 tüfəng və xeyli sayda sursat aşkar edərək götürüblər. Odlu silahlardan 28-i əməliyyat yolu ilə aşkar edilib.
Paytaxt polisi dövriyyədən 191 kiloqram narkotik vasitə çıxarıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət