Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu “Sığortaolunanın onlayn uçota alınması” adlı elektron xidməti istifadəyə verib. Bu barədə fondun məlumatında bildirilir.
Məlumatda qeyd edilir ki, bu xidmət vasitəsilə sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirmək mümkündür.
“Belə ki, indiyə qədər ilk dəfə əmək fəaliyyətinə başlayan vətəndaşın sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi ücün sığortaedən (işəgötürən) işçi ilə əmək müqaviləsi bağladığı gündən sonra sığortaolunanın ərizəsinin tərtibini təşkil etməli və onu müvafiq qaydada təsdiq edərək sənədlər toplusunu siyahı ilə birlikdə DSMF orqanına şəxsən təqdim etməli idi. Bundan sonra isə hər bir sığortaedən öz ofisindən kənara çıxmadan birbaşa elektron qaydada müraciət etməklə sığortaolunanlar üçün sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi imkanına malik olacaq”,- deyə məlumatda qeyd olunur.
“Sığortaolunanın onlayn uçota alınması” elektron xidməti interaktivdir, xidmətdən istifadə ödənişsizdir və elektron xidmətin göstərilməsi hər hansı sənəd tələb olunmur.
“Elektron formada göndərilmiş ərizə DSMF orqanı tərəfindən qəbul edilir və bu barədə sığortaedənə elektron təsdiqetmə bildirişi göndərilir. Sığortaedən tərəfindən elektron formada göndərilmiş elektron ərizə formalarına DSMF tərəfindən baxılır. Təqdim edilmiş elektron ərizə formaları yoxlandıqdan sonra sığortaolunan üçün fərdi şəxsi hesab açılır və onun soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, cinsi və sosial sığorta nömrəsi (SSN) əks olunan dövlət sosial sığorta şəhadətnaməsi 1 ay ərzində rəsmiləşdirilir.
Məlumatda DSMF sədri Elman Mehdiyevə istinadən bildirilir ki, 700 min nəfər DSMF-in xidmətlərindən istifadə edib.
Ötən il ən çox istifadə olunan elektron xidmətlər sırasına “Sığortaolunanlara məlumatların verilməsi” (81 308), “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” (18 833), “Pensiya kalkulyatoru” (15 142), “Pensiyaçıya məlumatların verilməsi” (16 673) daxildir. Bundan başqa, “Məcburi dövlət sosial sığorta haqlarının onlayn ödənişi” elektron xidməti də ən çox müraciət edilən xidmət olub və bu xidmət vasitəsilə 560 976 ödəniş həyata keçirilib.
Ötən ilin 11 iyul tarixindən Azərbaycanda beynəlxalq praktikada ilk dəfə olaraq yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanıldığını deyən fond sədri artıq bu sistem vasitəsilə 1200-dən cox vətəndaşa pensiya təyin edildiyini söyləyib.
E.Mehdiyev vurğulayıb ki, “Elektron hökumət” portalının statistikasına əsasən, ötən il fondun elektron xidmətləri əhalinin ən çox müraciət etdiyi elektron xidmətlərdəndir. İl ərzində bu portala inteqrasiya olunan elektron xidmətlərdən 132 minə yaxın vətəndaş yararlanıb.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan illik 9.5% ilə yay krediti!
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət