Milli Məclisin deputatı Zahid Oruc Azərbaycan vətəndaşlarının Suriya ərazisində döyüşlərdə iştirakına görə cinayət məsuliyyətinin tətbiqini zəruri hesab edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verir.
“Azərbaycan dövləti ölkə vətəndaşlarının Suriya ərazisində gedən döyüşlərdə iştirakına sakit yanaşa bilməz”, - deyə deputat bazar ertəsi Milli Məclisin ilk plenar iclasında bəyan edib.
Z.Oruc Azərbaycan vətəndaşlarının Suriya ərazisində döyüşlərdə iştirakı ilə əlaqədar Baş Prokurorluqda cinayət işinin açılmasını təklif edib.
“Dövlət müstəqilliyinin 23 illiyi ərzində ilk dəfə bu cür ciddi faktla üzləşmişik. Söhbət azərbaycanlı gənclərin Suriyada gedən döyüşlərdə hansısa ad altında iştirakından gedir. Əlbəttə, etiraf etmək lazımdır ki, bu məsələdə maraqlı olan qüvvələr müxtəlif ölkələrdən legionerlər toplayırlar. Lakin Azərbaycan bu məsələyə biganə qala bilməz”, - deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, Suriyada döyüşən Azərbaycan vətəndaşları həlak olduqları halda yalnız ailələrinə zərbə vurmayacaqlar, həm də onların haqqında terrorçu təşkilatların azərbaycanlı iştirakçıları kimi danışacaqlar, bu isə Azərbaycan dövlətinin nüfuzuna zərbə vura bilər.
“Biz bu məsələyə biganə qala bilmərik. Bununla əlaqədar elə bu gün Baş Prokurorluğa Suriyada döyüşən ölkə vətəndaşlarına qarşı cinayət işi açmağı təklif edirəm. Həmin şəxslər bilməlidirlər ki, bura qəhrəman kimi qayıtmayacaqlar. Axı onlar döyüş təcrübələrindən burada istifadə etməyə cəhd edəcəklər”, - deyə Z.Oruc qeyd edib.
“Sözlərinizdə həqiqət çoxdur. Lakin bütün döyüşənləri terrorçu adlandırmaq düzgün deyil. Düzdür, bununla əlaqədar ciddi tədbirlər görmək lazımdır. Muzdlu döyüşçülərin qarşısını almaq çox çətindir, çünki onların haradan göndərildiyi məlum deyil. Bu məsələlərlə bağlı problemlər mövcuddur”, - deyə Milli Məclisin spikeri Oqtay Əsədov bəyan edib.
Deputat Adil Əliyev Suriyada hərbi əməliyyatlarda iştirak edənləri Azərbayan vətəndaşlığından məhrum etməyin zəruriliyini vurğulayıb.
“Suriyada döyüşən vətəndaşlarımızın Azərbaycana qayıtmalarına mane olmaq, onları Azərbayan vətəndaşlığından məhrum etmək lazımdır. Çünki bu adamlar Azərbaycanda təhlükəli subyektlərə çevriləcək, sabah kiminsə göstərişi ilə ölkəmizdə təxribatların törədilməsində vasitəçi olacaqlar”, - deyə o əlavə edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət