Pakistan Azərbaycanın Qarabağ münaqişəsindəki mövqeyini dəstəkləyir və Ermənistanı dövlət olaraq tanımır. Bu barədə Pakistanın Azərbaycandakı yeni səfiri Xalid Usman Qayser çərşənbə günü mətbuat konfransında bəyan edib.
“Biz dünyada Ermənistanı tanımayan yeganə dövlətik”, - deyə X.U.Qayser bildirib.
Diplomat xatırladıb ki, Pakistanın qanunverici orqanı Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələr qəbul edib.
“Eyni zamanda Pakistan Azərbaycanı beynəlxalq arenada dəstəkləyir. Azərbaycan da bu cür hərəkət edir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Kəşmir məsələsi ilə bağlı kontakt qrupunun üzvüdür və biz bu məsələlərin həlli üçün bir-birimizlə əməkdaşlıq edirik”, - deyə o vurğulayıb.
Kəşmir və Dağlıq Qarabağ problemlərinin oxşar olduğunu deyən X.U.Qayser bildirib ki, Kəşmir və Dağlıq Qarabağ işğal olunub: “Bu məsələlərdə insan haqları, beynəlxalq hüquq pozulub, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmayıb, işğal olunmuş ərazilərimizdə demoqrafik dəyişikliklər edilib. Kəşmirdə davamlı olaraq insan hüquqları pozulur, minlərlə insan girov götürülüb və ya itkin düşüb. Bütün beynəlxalq təşkilatlar bu barədə xəbərdardır, amma heç kim bir söz demir”, - deyə səfir əlavə edib.
Onun sözlərinə görə Pakistan və Hindistanın güclü orduya malik olmalarına baxmayaraq, Kəşmir probleminin hərbi yolla həlli mümkün deyil.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət