ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəflərlə gələn həftələr ərzində yüksək səviyyədə görüşlərin keçirilməsi ilə bağlı məsləhətləşmələri davam etdirəcəklər. Bu barədə həmsədrlərin Bakı və İrəvandakı danışıqlarının yekunları üzrə ATƏT-in saytında yerləşdirilmiş bəyanatda bildirilir.
“Həmsədrlər prezidentlərlə XİN başçılarının Parisdə keçirilən son görüşünün nəticələrini müzakirə ediblər və gələcəkdə irəliləyişə nail olmaq üçün danışıqların davam etdirilməsinin zəruri olduğunu bildiriblər”,- deyə bəyanatda qeyd edilir.
Vasitəçilər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində danışıqların Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündə razılaşdırıldığı kimi, ən yüksək səviyyədə davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Bəyanatda həmsədrlər cəbhə xəttində atəşkəs pozuntularının artmasından narahatlıqlarını bildiriblər və hər iki tərəfi hərbi ritorikanın dərəcəsini azaltmağa çağırıblar. “Tərəflər xüsusilə Soçi Qış Olimpiya Oyunları zamanı gərginliyin qarşısını almaq üçün atəşkəs rejimini möhkəmləndirmək niyyətində olduqlarını bildiriblər”,- deyə bəyanatda qeyd edilir.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət