Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu (CEİBC) Azərbaycan hökumətinə İKT, turizm və KİV sahəsində fəaliyyət göstərən sahibkarlara vergi güzəştləri və ya xüsusi vergi rejimi təqdim etməyi təklif edir.
“CEİBC-nin Azərbaycanda sahibkarlığın inkişafına dair çoxlu sayda təklifləri var. Xüsusilə biz informasiya və kommunikasiya texnologiyaları (İKT), turizm və KİV sahəsində fəaliyyət göstərən sahibkarlara vergi güzəştləri və ya xüsusi vergi rejiminin təqdim edilməsini məqsədəuyğun hesab edirik”, - deyə CEİBC-nin baş icraçı direktoru Telman Əliyev cümə axşamı Bakıda Vergilər Nazirliyinin təşkil etdiyi III Vergi Forumunda çıxışında bildirib.
Onun fikrincə, bu sahələrdə sahibkarlara vergi güzəştləri və ya xüsusi vergi rejiminin təqdim edilməsi xarici şirkətlərin Azərbaycana cəlb olunmasına təkan verəcək.
T.Əliyev vurğulayıb ki, turizm və İKT sahəsi üçün vergi güzəştləri müvəqqəti xarakter daşıya bilər. “Onlar bu gün Azərbaycanda ASK sektorunda tətbiq olunan vergi güzəştləri kimi ola bilər”, - deyə o əlavə edib.
O, həmçinin Bakıda fəaliyyət göstərən və Vergilər Nazilriyinin fəaliyyətini qiymətləndirən 1000 sahibkar arasında keçirilmiş illik sorğunun bəzi nəticələrini diqqətə çatdırıb. Sorğunun nəticələri dərc olunmur və yalnız prezident İlham Əliyevə təqdim edilir.
Son sorğunun nəticələrinə əsasən, respondentlərin təxminən 31%-i hesab edir ki, Azərbaycanda dövlət strukturları arasında sahibkarlığa ən çox Vergilər Nazirliyi dəstək göstərir (birinci yer). Bundan başqa, sahibkarlar bu nazirliyi iş adamlarını qanunvericilik və vergi sistemində dəyişikliklər barədə operativ şəkildə və tam həcmdə məlumatlandıran iki dövlət strukturundan biri hesab edirlər.
Bundan başqa, respondentlərin 53%-i qeyd edib ki, Vergilər Nazirliyi tərəfindən təklif edilən elektron xidmətlərdən istifadə edirlər (birinci yer).
CEIBC 2002-ci ilin iyun ayında “Caspian Energy International Media Group”un fəal iştirakı və Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən iri neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. Azərbaycan prezidenti İlham Əliyev CEIBC-nin sədridir.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət