“PAŞA Sığorta” şirkəti 2014-cü ilin yanvar ayında sığorta haqlarının yığımına görə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında lider olub. Bu barədə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin saytında dərc edilmiş məlumatda deyilir.
Xidmətin məlumatına görə, hesabat ayında “PAŞA Sığorta” 23 mln. 607,742 min manat və ya bütün sığortaçıların 2014-cü ilin yanvar ayı ərzində əldə etdiyi sığorta haqlarının 38,62%-i həcmində sığorta haqqı toplayıb.
2013-cü ilin yekunları üzrə toplanmış sığorta haqlarının həcminə görə 10 aparıcı sığorta şirkəti bunlardır: “Atəşgah” (7 mln. 937,986 min manat), “İpək Yolu Sığorta” (7 mln. 399,094 min manat), “Qala Həyat” (3 mln. 585,299 min manat), “Atəşgah” (2 mln. 763,477 min manat), “AzSığorta” (2 mln. 284,098 min manat), "AXA Mbask" (1 mln. 861,885 min manat), “Paşa Həyat Sığorta” (1 mln. 693,154 min manat), “Standard Insurance" (1 mln. 358,202 min manat) və “Beynəlxalq Sığorta Şirkəti” (1 mln. 184,687 min manat).
Hesabat dövründə lisenziyası olan 28 sığorta şirkəti sığorta haqqı toplayıb. Bununla yanaşı, 11 şirkət tərəfindən 1 mln. manatdan çox sığorta haqqı əldə edilib.
2014-cü ilin yanvar ayında ən çox ödəniş “PAŞA Sığorta” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin ödənişlərinin həcmi 1 mln. 372,606 min manat və ya sığortaçıların bütün ödənişlərinin 16,99%-ni təşkil edib.
Həyata keçirilən ödənişlərin həcminə görə 10 aparıcı sığorta şirkəti sırasına həmçinin "Atəşgah" (963,407 min manat), "Atəşgah Həyat" (781,063 min manat), "AXA Mbask" (8 mln. 678,181 min manat), “Azərsığorta” (617,148 min manat), “Standard Insurance” (570,258 min manat), “AzSığorta” (537,758 min manat), "A-Qroup" (457,812 min manat), "Alfa Sığorta" (293,3 min manat) və "AtaSığorta" (218,855 min manat) daxildir.
Xidmətin məlumatına görə, 2013-cü ilin hesabat dövründə 28 sığorta şirkətindən 26-sı ödəniş həyata keçirib.
Xəbər verildiyi kimi, 2014-cü ilin yanvar ayı ərzində sığortaçıların əldə etdiyi sığorta haqlarının ümumi məbləği 61 mln. 131,589 min manat, ödənişləri 8 mln. 75,951 min manat təşkil edib.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət