Bakı və Tbilisi yeni imkanların aşkarlnamasına aparan xüsusi əməkdaşlıq nümunəsi yaradır.Gürcüstan prezidenti Georgi Marqvelaşvili çərşənbə günü Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı belə bəyan edib.Bu barədə AzTV dövlət kanalı məlumat verir.
“Ölkələrimiz xüsusi əməkdaşlıq nümunəsi yaradır, yeni problemlərin deyil, yeni imkanların yaranmasına aparıb çıxaracaq nümunəvi əməkdaşlıq imkanları yaradır”,- deyə G.Marqvelaşvili bildirib.
O öz səfərinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
“Biz azərbaycanlı həmkarlarımızla inkişaf etdirdiyimiz münasibətlərə xüsusi həssaslıqla yanaşırıq. Biz görüş zamanı faktiki olaraq artıq tarixi sayılacaq, regionumuz və regiondakı xalqlar üçün tarixi imkanlar yaradan və inkişaf etdirməkdə olduğumuz istiqamətlər barədə danışdıq.Biz imkanlar yaradırıq, bu imkanları birlikdə yaradırıq”,- deyə Gürcüstan prezidenti vurğulayıb.
G.Marqvelaşvili iki ölkə arasında yalnız bu gün deyil, gələcəkdə də “inkişaf edəcək, yeni layihələrin yaranmasına və regionda yeni dinamikaya səbəb olacaq” əməkdaşlığın səviyyəsindən məmnunluq duyduğunu bildirib.
Öz növbəsində prezident İ.Əliyev bildirib ki gürcüstanlı həmkarınn Azərbaycana səfəri “qardaş, dost ölkələrin və xalqların münasibətlərinin gələcək inkişafı üçün çox böyük əhəmiyyət daşıyır”.
“Bizi tarix, birgə yaşayışımız birləşdirir və bu gün biz müstəqil dövlətlər olaraq bütün sahələrdə fəal əməkdaşlıq edirik”,- deyə prezident qeyd edib.
İ.Əliyev Gürcüstan prezidenti ilə təkbətək görüşd qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərfli münasibətlər və digər məsələlərə dair fikir mübadiləsinin aparıldığını söyləyib.
“Əminəm ki, gələcəkdə biz qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını inkişaf etdirəcəyik.Gürcüstan bizim üçün dost , yaxın, qonşu tərəfdaş ,qardaş ölkədir.Əminəm ki, bizm münasibətlərimizin gələcək inkişafı çox müsbət və dinamik olacaq.Bizi qlobal və regional xarakterli çoxlu layihələr birləşdirir.Uzun illər ərzində biz hər zaman ümumi məqsədlərimizə sadiqliyimizi nümayiş etdirmişik və bu layihələrin həyata keçirilməsi yönündə gələcəkdə də fəal əməkdaşlıq edəcəyik.Əminəm ki, səfər çox faydalı, maraqlı olacaq və münasibətlərimizin gələcək inkişafına təkan verəcək”,- deyə Azərbaycanın dövlət başçısı vurğulayıb.
Daha sonra dövlət başçıları ikitərfli görüşün yekununa dair bəyanatla çıxış ediblər.İ.Əliyev G.Marqvelaşvilinin səfərinin ikitərfli münasibətlərin strateji xarakter daşıdığını təsdiqlədiyini bildirərək əlavə edib ki, Azərbaycan və Gürcüstan beynəlxalq təşikilatlar çərçivəsində ölkələrin ərazi bütövlüyünə dair məsələlərdə bir -birlərini dəstəkləyirlər.
Azərbaycan prezidentinin sözlərinə görə iki ölkə iqtisadi sahədə ticarət dövriyyəsinin artımına yönəlmiş fəal iş aparırlar.
İ.Əliyev söyləyib k, böyük iqtisadi potensiala malik Azərbaycan və Gürcüstan qarşılıqlı investisiya və investisiya mühitinin inkiaf etdirilməsində eyni mövqedən çıxış edirlər.
İ.Əliyev qarşılıqlı layihələrin həyata keçirilməsində və enerji təhlükəsizliyinin bərpa edilməsində ölkələr arası əməkdaşlığın gələcəkdə də davam edəcəyindən əminlik ifadə edib.
İ.Əliyev humanitar sahədəki münasibətləri də müsbət qiymətləndirib.
O qeyd edib ki, G.Marqvelaşvili rəsmi səfəri çərçiəsində ölkənin regionlarında olacaq və Azərbaycanın gürcü icmasının nümayəndələri ilə görüşəcək.
Öz növbəsində gürcüstan prezidenti səfərinin uğurlu keçdiyini qeyd edərək Bakı və Tbilisinin tərəfdaşalrın qlobal və regional səviyyədə necə əməkdaşlıq edə biləcəklərini göstərdiklərini bildirib.
Qonaq söyləyib ki, Azərbaycan və Gürcüstan xalqları və dövlətlərini dost münasdibətlər birləşdirir. Mədəniyyət, elm və təhsil sahələrində əlaqələrin inkişafı xalqları bir -birinə daha çox bağlayır
Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün pozulması məsələsinə toxunan Gürcüstan lideri bu problemin sülh yolu ilə həll olunacağından əminliyini ifadə edib.
Sonda G.Marqelaşvili İ.Əliyeviöz ölkəsinə səfərə dəvət edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət