Maliyyə Nazirliyi Azərbaycanda fəaliyyət göstərən sığorta və təkrarsığorta şirkətləri üçün minimal kapitala dair yeni tələbləri təsdiq edib. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov “İnterfaks-Azərbaycan” agentliyinə verdiyi msahibəsində bu addımın məqsədi, sığorta bazarının peşəkar iştirakçılarıın kapitallaşma səviyyəsi, sığorta bazarının perspektivləri barədə məlumat verib.
-Sığorata və təkrarsığorta şirkətləri üçün yeni proqram necə və hansı müddətdə reallaşdırılacaq?
- Sığorta sahəsində şoxdan fəaliyyət göstərən, həm də yeni yaradılmaqda olan sığorta şirkətləri üçün minimal kapitala qarşı tələb 5 mln. manat səviyyəsində qalır.Həyat sığortası ilə məşğul olan yeni sığorta şirkətləri üçün minimal tələb 10 mln. manat təşkil edir.Bu sahədə çoxdan fəaliyyət göstərən şirkətlər üçün də tələb 10 mln. manat təşkil edir, lakin onlar üçün minimal tələblərin artırılması təsdiq edilmiş cədvəl əsasında həyata keçiriliəcək.Bu cədvəl 2017-ci ilə qədər hesablanıb. 2015-ci il yanvarın 1-nə həyat sığortaçılarının məcmu kapitalı 6,5 mln. manat, 2016-cı il yanvarın 1-nə 8 mln. manat, 2017-ci il yanvarın 1-nə 10 mln. manat səviyyəsində olmalıdır.
Təkrar sığorta şirkətlərinə gəlincə, onlar üçün kapital üzrə minimal tələblər 20 mln. manata qədər artırılıb.Bunu nəzərə alaraq Azərbaycanda 1 təkrarsığorta şirkəti vardır, onun kapitalı 20 mln. manatı üstələyir. Yeni yaranan təkrarsığorta şirkətləri üçün də kapitala dair tələblər 20 mln. manat təşkil edəcək.
Bundan başqa, bildiyiniz kimi “Sığorta fəaliyyəti haqqında” qanunda edilmiş son dəyişikliklərə uyğun olaraq başqa ölkələrin praktikasında olduğu kimi faliyyətinin əsasını sığorta işi təşkil edən şirkətlər üçün sığorta və təkrarsığorta fəaliyyətinin lisenziyalaşdırmasını ayırmaq qərarı verildi. Bu şirkətlərin eyni zamanda həm də təkrarsığorta ilə məşğul olması üçün ayrıca lisenziya almaları vacibdir. Bununla əlaqədar olaraq təkrarsığorta fəaliyyətinə lisenziya almaq üçün
şərtlərdən biri sığorta fəaliyyəti üçün lazım olan kapitaldankənar əlavə kapitalın mövcud olmasıdır. Hazırda bu əlavə kapital 2,5 mln. manat, 2015-ci il yanvarın 1-dən 5 mln. manat səviyyəsində olmalıdır.
-Yəni , təkrarsığorta ilə məşğul olmaq istəyən sığorta şirkətləri bu gün ən az 7,5 mln manat kapitala malik olmalıdırlar?
-Tamamilə dorudur. Beləliklə, eyni anda təkrarsığorta fəaliyyəti ilə də məşğul olmaq istəyən sığorta şirkətləri üçün miniml kapital bu gün minimum 7,5 mln. manat, 2015-ci ilin əvvəlində minimum 10 mln. manat olmalıdır.Həyat sığortası ilə məşğul olan şirkətlər üçün minimal kapital bu kateqoriyaya mənsub olan sığortaçılar üçün nəzərdə tutulan tələblərə uyğun formalaşdırılacaq.Hazırda 7,7 mln. manat, 2017-ci ilin əvvəlinə 15 mln. manat.
-Şirkətin eyni anda təkrarsığorta fəaliyyəti göstərməsi üçün lisenziya almasına qoyulan yeganə şərt minimal kapital tələbidirmi?
-Bəli, kifayət qədər kapitala malik istənilən sığorta şirkəti təkrarsığorta fəaliyyəti üçün lisenziya ala bilər.
-Ümumilikdə, bu gün Azərbaycanda sığorta şirkətləri kapital üzrə tələblərə necə əməl edirlər.Sığorta şirkətlərinin kapitallaşmasının həcmi necədir?
- Bəzi şirkətlər vardır ki, kapitalla bağlı bizim onlara suallarımız var. Bu şirkətlərə qarşı bizim gələcək münasibətlərimiz bu şirkətlərin kapitallaşmasına dair onların səhmdarlarının qəbul edəcəyi qərardan asılı olacaq. Həmçinin, qeyd etmək istərdim ki, kapitalla bağlı problemləri olan şirkətlərin sığorta portfelinin həcmi sığorta bazarının cüzi hissəsini təşkil edir və işlərin ümumi vəziyyətinə təsir etmir.
Ümumilikdə, 2014-cü ilin əvvəlinə sığorta şirkətlərinin ümumi kapitallaşması 270 mln. manat təşkil edib.2013-cü ilin əvəlinə bu göstərici 230,7 mln. manata bərabər olub.Beləliklə, ötən il sığortaçılar kapitallaşmanı demək olar ki 40 mln. manat artırıblar.Ümumilikdə, sığortaçıların kapitallaşmasının artımı sığorta bazarının artım tempinə müvafiq gəlir.
Biz hesab edirik ki, şirkətlərin əksəriyyəti kapitala dair yeni tələbləri yerinə yetirə biləcəklər.Uğurla işləyən və özləri üçün inkişaf perspektivləri görən şirkətlər üçün kapitallaşmanın artırılması çətin olmayacaq, çünki onlar başa düşürlər ki, bu nə üçün edilir və gələcəkdə nə kimi faydaları olacaq.Əldə etdikləri sığorta haqları ildən-ilə azalan, fəaliyyəti sığorta biznesinin prinsiplərinə uyğun olamayan şirkətlər üçün ən yaxşı qərar mənim fikrimzə sığorta bazarından könüllü şəkildə getməkdir.Həyat sığortasına dair kapitalı 10 mln. manatdan az olan iki şirkətə gəlincə, onların bu kapitalı artırmaq üçün problemləri ola biləcəyini düşünmürəm.
Təkrar sığorta üşüm lisenziyaların verilmə porosesi nə zaman başlayacaq?
-Kapitala qarşı tələblərin qüvvəyə minməsi ilə biz təkrarsığorta lisenziyası almaq üçün ərizələri qəbul edə bilərik. Lisenziyalaşdırılmanın belə ayrılması Maliyyə Nazirliyinin bu və ya digər səviyyədə daxili təkrarsığorta bazarını məhdudlaşdırmaq cəhdi deyil.Əksinə, sığortaçıların etibarlılığını və dayanıqlılığını artırmaqla biz təkrarsığorta bazarını genişləndirə bilərik.Bu daxili təkrarsığorta bazarında təkrarsığortalanan risklərin payını artırmağa imkan verir.
Mən əminəm ki, yeni tələblərin tətbiq edilməsi iki istiqamət üzrə müsbət impulsa səbəb olacaq.Birincisi, sığorta şirkətlərinin təkrarsığorta ilə məşğul olmaqdan ötrü kapitalın artırılmasına marağı artacaq. Bu öz növbəsində onların ümumi maliyyə sabitliyinin yüksəlməsinə gətirib çıxaracaq.İkincisi, yerli sığorta şirkətlərinin etibarlılığının və dayanqlılğının artması daxili təkrarsığorta bazarının həcmini artırmağa imkan verəcək. Mən əminəm ki, yaxın bir neçə il ərzində biz bu qərarın müsbət nəticələrini görəcəyik.
-2013-cü ilin yekunlarını necə xaraktrerizə edərdiniz, Maliyyə Nazirliyinin 2014- cü ildən bazara dair gözləntiləri nələrdir?
2013-cü ili Azərbaycanın sığorta bazarı üçün normal və sabit il kimi qiymətləndirmək olar. Bazarın artımı 18% təşkil edib ki, bu da respublika üzrə ÜDM-nin artım tempindən 3 dəfə , qeyri-neft üzrə ÜDM-nin artım tempindn 2 dəfə çoxdur. Sığortanın payı ÜDM-yə nisbətdə artıb.Daha bir müsbət göstərici ödənişlərin həcminin yüksək templə artmasıdır.Sığorta haqları ilə ödənişlərin qarşılıqlı nisbəti bizim bazarda dünyanın orta göstəricilərinə yaxınlaşır.Bundan başqa, 2013-cü ildə 2012-ci ildən fərqli olaraq könüllü sığorta bazarının artımı icbari sığorta bazarına nisbətən daha çox artıb.Ötən il heç bir mənfi tendensiya müşahidə olunmayıb ki, bu da sevindirici haldır.
2014-cü ildən nə gözləyirik? Mən hesab edirəm ki cari il sabit artım ili olacaq.Bu il bazarın artımı 15-20 % səviyyəsində ola bilər.İqtisadiyyatın istənilən sahəsi kimi, sığorta sahəsi də ölkə iqtisadiyyatı ilə paralel olaraq inkişaf edir.Beynəlxalq maliyyə institutlarının Azərbaycanın yaxın illərdə iqtisadiyyatının artım perspektivləri barədə proqnozlarının nikbin olmasını nəzərə alaraq biz əminik ki, sığorta sektoru sabit olaraq inkişaf edəcək.Sığorta sahəsi iqtisadiyyatın digər sektorlarından öz biznesini alır və əgər ölkə iqtisadiyyatı bütövlkdə inkişaf edirsə bu sığorta bazarına da da müsbət təsir göstərir.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət