Xarici kapitaldan istifadə etməklə hər hansı dairlər tərəfindən Azərbaycanda inqilab mümkün deyil. Bu barədə Milli Məclisin deputatı Zahid Oruc cümə günü Azərbaycan parlamentinin plenar iclasında bəyan edib.
“Casusluq ilə bağlı qalmaqallar çox te-tez üzə çıxır. İki gün öncə haqqin.az saytının rəhbəri Eynulla Fətullayev məqalə yazaraq, “Azadlıq” radiosunun əməkdaşını ABŞ-ın xüsusi xidmət orqanları üçün casusluqda ittiham edib”, - deyə o vurğulayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri parlamentin iclas zalından məlumat verib. Z.Oruc bu məsələlərin ölkənin hüquq-mühafizə orqanları tərəfindən diqqətə alınacağına əmin olduğunu ifadə edib.
“Əlbəttə, nə mən, nə parlamentin üzvləri bu məsələdə hakim qismində çıxış edə bilmərik, çünki biz son instansiya deyilik. Lakin, bildirmək istərdim ki, bu hadisələr bir daha “Azadlıq” radiosunun hazırladığı materialda Azərbaycan təzyiq göstərmək, ölkənin daxili işlərinə qarşımaq, hakimiyyətə qarçşı sərt mövqe nümayiş etdirmək, bəzi məmurlar barəsində müxtəlif sanksiyalar tətbiq etmək tələbi özünü biruzə verir”, - deyə parlamentin üzvü vurğulayıb. Onun sözlərinə görə, bütün bunlar Azərbaycanın media dairələrində çalışan bəzi vətəndaşların əsl məqsədləri, dünyagörüşü və mənəvi dəyərlərini açır.
“Bir də qeyd etmək istərdim ki, bu yaxınlarda Eynulla Fətullayev Milli Demokratiya İnstitutunun nümayəndəsi Aleks Qriqoryevsi facebook sosial şəbəkəsi vasitəsilə Azərbaycanda inqilab hazırlamaqda ittiham edib”, - deyə Z.Oruc vurğulayaraq Azərbaycanda akkreditə olunan səfirlikləri diplomatik mandat çərçivəsində fəaliyyət göstərməyə çağırıb.
“Xarici kapitaldan istifadə etməklə hər hansı dairlər tərəfindən Azərbaycanda inqilab mümkün deyil. Çünki Azərbaycan dövləti çox güclü siyasət yürüdür. Azərbaycan prezidenti son müşavirədə çıxışında bəyan edib ki, yad maraqlaqra xidmət etməyə çalışan istnilən şəxs ifşa olunacaq. Bu səbəbdən, biz milli maraqlarımıza qarşı iş aparanların adlarını bilməliyik”, - deyə deputat qeyd edib.
“Onların adlarını öyrənmək üçün çox şey tələb olunmur. Müvafiq çağırışların dərc olunduğu gündəlik qəzetləri oxumaq kifayətdir. Bir vaxtlar ABŞ-ın Azərbaycandakı səfirliyində Vinsent çalışırdı. O, Bakıda keçiriləcək Olimpiya Oyunlarını boykot etmək çağırışı ilə ölkəmizə qarşı təbliğat aparırdı. O, Miledi adı altında tanınır. Bu cür “miledi”lər hələ çox olacaq. Bu səbəbdən, bu cür məsələlərə çox diqqətlə yanaşılmalıdır”, - deyə Milli Məclisin spikeri Oqtay Əsədov öz növbəsində bəyan edib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət