Dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunan tədbirlər keçiriləcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanın diaspor strukturları tərəfindən Xocalı şəhərinin dinc sakinlərinin soyqırım qurbanlarının xatirəsinə həsr olunan tədbirlər Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Almaniya, Finlandiya, Danimarka, Niderland, Fransa, Çexiya, Rusiya, Türkiyə, Avropa, Asiya və MDB-nin digər ölkələrində keçiriləcək.
Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar dünyanın müxtəlif regionlarında yürüş, mitinq, fotosərgi, elmi konfrans, debat, bu qanlı gecənin qurbanlarının xatirə gecəsi təşkil olunacaq.
ABŞ-ın Nyu York şəhərində BMT-nin mənzil qərargahı qarşısında etiraz aksiyası, Vaşinqtonda yürüş və Ermənistan səfirliyininqarşısında mitinq keçiriləcək. Həmçinin Hyuston, Los Anceles, San-Fransisko və digər şəhərlərdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad ediləcək.
Ermənistanın Belçikadakı səfirliyi qarşısında etiraz aksiyası olacaq. Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar Azərbaycan diaspor nümayəndələrinin Türkiyə Böyük Millət Məclisində görüşləri nəzərdə tutulub.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan - 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət