Bakı- Tbilisi -Ankara geosiyasi üçlüyü artıq bu gün dünya birliyi tərəfindən ciddi beynəlxalq oyunçu kimi qəbul edilir. Prezident Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov belə bəyan edib.
“Bu gün dünya birliyi Bakı-Tbilisi -Ankara üçlüyünü yeni geosiyasi oyunçu hesab edir. Son 10 ildə Azərbaycan-Gürcüstan və Türkiyənin geostrateji layihələr reallaşdırması nəticəsində dövlətlərimiz dünya birliyinin diqqətini öz üzərinə çəkib”,- deyə E.Aslanov bildirib.
Prezident Administrasiyasının nümayəndəsi bu dövlətlərinin iqtisadiyyatlarının uğurlu inkişaf etdiyinin və onların qlobal enerji və nəqliyyat layihələrini həyata keçirdiyini qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Gürcüstan və Türkiyə arasında strateji əməkdaşlıq və dostluq yalnız həyata keçirilən birgə layihələrə deyil, həm də dövlətlərimiz arası tarixi əlaqələrə əsaslanır.
“Azərbaycan Türkiyə və Gürcüstan tərəfindən həyata keçirilən qlobal layihələr Bakı -Tbilisi -Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TAP, TANAP, “Cənub iqtisadi dəhlizi”- dünyada sözünü demiş layihələrdir.Bu gün Bakı, Tbilisi Ankara Avropanın yeni enerji xəritəsini formalaşdırır. BTC və BTƏ layihələrinin həyata keçirilməsi enerji resurslarının paylanması üzrə yeni proqramların yaradılmasına əsas verib. Bakı -Tbilisi -Qars dəmiryolu layihəsinin həyata keçirilməsi Pekin və London arasında əlaqə yaradacaq”,- deyə o qeyd edib.
E.Aslanovun sözlərinə görə üç ölkə arasında müxtəlif sahələrdə, o cümlədən turizm sahəsində uğurlu inkişaf müşahidə olunur.
“Gürcüstan prezidenti bu günlərdə ölkəmizə səfəri çərçiəsində ölkə regionlarına səfər edib, gürcü icmasının nümayəndələri ilə görüşüb.Bizim prezidentimiz Gürcüstana səfər zamanı Marneulidə yaşayan azərbaycanlılarla görüşüb.Bütün bunlar xalqlarımız arasında dostluğun inkişafı üçün edilir.Həmçinin ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq genişlənir.Sosial şəbəkələrdə görürük ki, azərbaycanlılar öz istirahət günlərini Gürcüstanda, gürcülər isə Azərbaycanda keçirməyə üstünlük verirlər.Yayda bir çox azərbaycanlı turist Türkiyəyə getməyə maraq göstərir, türkiyəli biznesmenlərin ölkəmizə marağı get -gedə daha çox artır .Bu əlaqələr gələcəkdə də inkişaf edəcək”,- deyə E.Aslanov bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət