“Lukoil Overseas” (“Lukoil” Neft Şirkətinin xarici upstream layihələrinin operatoru (MOEX: LKOH)) Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə əvvəl Azərbayanda “Şahdəniz” layihəsi üçün verilən kredit çərçivəsində $200 mln. məbləğində ikin ci tranşın cəlb olunmasına dair saziş imzalayıb.
“Lukoil” şirkətində bildirildiyi kimi, əldə olunan vəsait mövcud istehsal və nəqliyyat qüclərindən istifadə olunmaqla “Mərhələ-1” çərçivəsində “Şahdəniz” yatağının gələcəkdə işlənməsinə yönəldiləcək. Maliyyələşdirmə 5 il müddətinə təqdim olunur, faiz dərəcəsi illik LIBOR + 1,5% təşkil edir. “Lukoil” şirkətinin AYİB-dən “Şahdəniz” layihəsinin reallaşdırılmasına əldə etdiyi kreditin ümumi məbləği (2005-ci ildə 12 il müddətinə ilkin kredit sazişi daxil olmaqla) - $380 mln. təşkil edir.
2013-cü ildə “Şahdəniz” layihəsi üzrə hasilat 9,7 mlrd. kubmetr əmtəə qazı (“Lukoil”un payı - 725 mln. kubmetr) və 2,45 mln. ton neft və qaz kondensatı (“Lukoil”un payı – 184 min ton) təşkil edib.
Xəbər verildiyi kimi, “Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya olunub.”Mərhələ-1”-in dəyəri $6 mlrd. təşkil edir. 2015-ci ilə qədər “Mərhələ-1” çərçivəsində “Şahdəniz” yatağından qaz hasilatını 9 mlrd.-dan 10,4 mlrd.-a çatdırmaq planlaşdırılır.
Layihənin iştirakçıları BP (operator, 28,8%), “Statoil” (15%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%), “Total” (10%) və TPAO (9%) şirkətləridir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət