Bazar ertəsi Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Belarus Məlumat-Analitik Mərkəzi (MAM) arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədi SAM-ın direktoru Fərhad Məmmədov və MAM-ın direktoru Aleksandr Bazanov imzalayıblar.
“Minsk və Bakı arasında münasibətlər strateji xarakter daşıyır”, - deyə Belarusun Bakıdakı səfiri Nikolay Patskeviç SAM-da keçirilən «Azərbaycan və Belarus arasında ikitərəfli münasibətlər» mövzusunda dəyirmi masada bildirib.
Onun sözlərinə görə, iki dövlətin başçıları uğirlu əməkdaşlıq üçün lazımi səy gəstərirlər.
“İkitərəfli münasibətlərimiz uzunmüddətli xatrakter daşıyır. Ölkələrimizin prezidentləri onların gələcəkdə uğurlu inkişafı üçün bütün səylərini göstərirlər. Son səkkiz il ərzində altı dəfə yüksək səviyyədə səfərlər həyata keçirilib”, - deyə N.Patskeviç qeyd edib.
Diplomat iki ölkə arasında davamlı müqavilə-hüquqi bazanın mövcudluğunu vurğulayıb.
“Azərbaycan və Belarus arasında 90-dan artıq beynəlxalq müqavilə imzalanıb. Son səkkiz il ərzində iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq on dəfə - $29 mln.-dan $290 mln.-a qədər artıb. Düşünürəm ki, bu il qarşılıqlı ticarət dövriyyəsinin həcmi 2013-cü ilin göstəricilərini ötəcək”, - deyə N.Patskeviç bildirib.
Səfirin qeyd etdyi kimi, həmçinin Bakı və Minsk beynəlxalq gündəliyin bir çox istiqamətləri, o cümlədən parlamentlərarası səviyyədə fəal əməkdaşlıq edir.
“Iqtisadi sahədə əməkdaşlığın fəal inkişafı sayəsində bu gün Gəncə Maşınqayırma zavodunda Belarus traktorlarının istehsalı təşkil edilib. Hazırda Azərbaycanda Belarus tərəfi ilə əməkdaşlıqda yalnız traktor deyil, həm də məişət texnikası, elektronika, kənd təsərrüfatı texnikası, optik avadanlıqlar istehsal olunur”, - deyə diplomat vurğulayıb.
Onun sözlərinə görə, elm, İKT, təhsil, mədəniyyət, turizm sahələrində əməkdaşlıq ikitərfəli münasibətlərin mühüm hissəsini təşkil edir.
“İki ölkənin alimləri birgə 22 iş həyata keçiriblər”, - deyə N.Patskeviç bildirib.
F.Məmmədov, öz növbəsində Azərbaycanın Belarus ilə əməkdaşlığı verdiyi xüsusi önəmi vurğulayıb.
“Belarus Azərbaycan üçün əhəmiyyətli ölkədir. Bizi 200 ildən artıq bir dövlət tərkibində birgə tarix birləşdirir”, – deyə F.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, iki ölkənin qarşılıqlı əlaqələri yüksələn xəttlə inkişaf edir və iqtisadi əməkdaşlığın inkişafı və artması üşün böyük potensiala malikdir.
MAMÇ-ın direktoru A.Bazanov qeyd edib ki, ii ölkənin münasibətləri mehriban qonşuluğa əsaslanır.
“Gələcəkdə Azərbaycanın beyin mərkəzi ilə əmkdaşlıq etmək arzumuz var. Biz Azərbaycan tərəfi və tərəfdaşların bu istiqamətdə irəli getmək cəhdini gördük”, - deyə o vurğulayıb.
Tədbirdə həmçinin Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Belarus Məlumat-Analitik Mərkəzinin (MAM) direktor müavini Aleksey Matsevilo çıxış ediblər.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət