Azərbaycanda İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətləri 2014-cü ilin fevral ayında fiziki şəxslərə məxsus daşınmaz əmlakın icbari sığortası, sərnişinlərin icbari sığortası və daşınmaz əmlakın istismarı zamanı vətəndaş məsuliyyətinin icbari sığortası üzrə 1 mln. 330,031 min manat məbləğində sığorta haqqı əldə ediblər.
“2014-cü ilin fevral ayında İSB üzvləri bu üç sığorta növü üzrə 14,94 min sığorta müqaviləsi bağlayıblar”,- deyə İSB-nin məlumatında bildirilir.
2014-cü ilin fevral ayında daşınmaz əmlakın icbari sığortası üzrə 14,476, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 455 sığorta müqaviləsi bağlanıb. Müvafiq olaraq həmin icbari sığorta növləri üzrə sığorta haqqı 1,293,505 və 35,640 manat təşkil edib. Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 9 müqavilə bağlanıb ki, bu müqavilələr üzrə daxil olan sığorta haqları 886 manat təşkil edib.
Daşınmaz əmlakın icbari sığortası bütün növ tikililərə şamil edilir- fiziki şəxslərə mənsub yaşayış evləri və mənzillər, hüquqi şəxslərə mənsub ofislər, dövlət əmlakı.Bununla yanaşı, elektrik şəbəkəsində qısa qapanma nəticəsində yanğın, partlayış, su və kanalizasiya sistemlərində qəzalar, təbii fəlakətlər və s. nəticəsində baş vermiş faktlar sığorta hadisəsi hesab olunur.
Bakıda daşınmaz əmlakın sığorta məbləğinin maksimal həcmi 25 min manat, Gəncə, Naxçıvan, Sumqayıtda 20 min manat, digər yaşayış məntəqlərində 15 min manat təşkil edir.
Bu sığorta növü üzrə sığorta tarifi sığorta məbləğinin 0,2%-ni təşkil edir.
Daşınmaz əmlakın icbari sığortası üzrə xidmət göstərmək üçün 12, daşınmaz əmlakın istismarı zamanı vətəndaş məsuliyyətinin icbari sığortası üzrə 11, sərnişinlərin sığortası üzrə 11 şirkətin lisenziyası var.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət