Radikal islam üzrə ekspert Aydın Əlizadə xaricdən radikal islamçılığın maliyyələşdirilməsini Azərbaycanın əsas problemi hesab etmir.
“Hər şeyin öz səbəbi var. Məsələ yalnız bu terror qruplarının xaricdən maliyyələşdirilməsində deyil. Bəli, bu faktdır. Lakin əsas deyil. Mühüm olan odur ki, sovet düşüncəsi insanların ağlından çıxır və şüurdakı yerini digər təfəkkürə verir. Son 20 il ərzində insanların dinə olan tələbatı tamamilə təmin olunmuşdu. İndi isə biz təbiilikdən kənara çıxan mərhələyə keçirik”, - deyə A.Əlizadə çərşənbə günü mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, orta məxrəc barədə düşünməyin zamanı çatıb. Ölkədə bu sahədə müəyyən iş aparılıb, lakin bunu ciddi hesab etmək olmaz.
“Biz KİV vasitəsilə Azərbaycanın dünyəvi dövlət olduğunu duyuruq. Lakin bu barədə bəyan edərək Azərbaycan dövləti faktiki olaraq öz dəyərlərini qorumur. Maraqlı vəziyyət yaranır: Azərbaycan dünyəvi dəyərləri qoruya bilmədiyi bir vaxtda qarşı tərəf (dini saytlar – İF-Az) dünyəvi dövlət quruluşu ilə bağlı əks-arqument təqdim edirlər. İnternetdə hətta dünyəvi dövlət quruluşunu pisləyən resurslara rast gəlinir”, - deyə A.Əlizadə vurğulayıb.
O, həmçinin qonşu Dağıstanı misal gətirərək qeyd edib ki, RF-nin bu subyektində dövlət tərəfindən imamların dəstəklənməsi müxtəlif dini cərəyanlar arasında vətəndaş qarşıdurmasına gətirib çıxardı.
A.Əlizadənin fikrincə, müəyyən dərəcədə dini tənqid etmək lazımdır. Əks halda fundamental islam dövləti formalaşacaq.
“Burada məsələ peyğəmbərləri tənqid etməkdən getmir. Azərbaycan kompleks tədbirlər həyata keçirməlidir. İlk növbədə, dövlət sosial ədalət tərəfdarı olmalıdır. İnsan haqlarının pozulmasını minimuma endirmək lazımdır. Əgər dini radikalizm mövcuddursa, onun qısa zaman içərisndə formalaşdığını düşünmək sadəlövhlük olardı. Bu, illərlə davam edən uzun prosesdir”, - deyə o qeyd edib.
A.Əlizadənin sözlərinə görə, ikinci məsələ insanların psixoloji vəziyyətidir.
“Dində psixologiya mühüm rol oynayır. İnsanların psixoloji vəziyyəti radikalizm yolunda ən əlverişli təməldir”, - deyə o hesab edir. Ekspertin rəyinə əsasən, radikalizmdən “ən yaxşı dərman” öz tarixinə qayıdışdır.
“Biz müasirliklə bərabər addımlamağa mane olan adətlərdən əl çəkməliyik. Yoxsulluq və işsizlik də radikalizmin meydana gəlməsində əsas amillərdən biridir. Bəli, dünyada hələ ideal cəmiyyət qurulmayıb, lakin yuxarıda qeyd olunanlar radikalizm üşün əlverişli zəmin yaradır”, - deyə o əlavə edib.
Ekspertin sözlərinə görə, ölkədə elm sahəsində də problemlər mövcuddur.
“Azərbaycanda humanitar dərs və fənlərin tədrisi çox pis vəziyyətdədir. Onlar təkrar baxılmalıdır”, - deyə o bildirib. A.Əlizadə fəlsəfə üzrə dərslikləri nümunə gətirib. Onun fikrincə, həmin dərsliklər müasir tələblərə cavab vermir.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət