Ukraynada böhranı yalnız ATƏT-in himayəsi altında danışıqlar yolu ilə aradan qaldırmaq mümkündür. Almaniyanın keçmiş federal kansleri Gerhard Şröder belə hesab edir.
“ATƏT danışıqlara kömək edə biləcək Avropa institutudur. Problemin həlli yalnız danışıqlar yolu ilə mümkündür. Məsələni heç bir hərbi üsul və sanksiyalarla həll etmək mümkün deyil”, - deyə o, cümə axşamı Bakıda Almaniya-Azərbaycan Ticarət Palatasının təşkil etdiyi tədbirdə məruzə ilə çıxışı zamanı bəyan edib.
Onun sözlərinə görə, Ukraynada vəziyyətin pisləşməsi nə Kiyev, nə də Moskvanın maraqlarına cavab verir və tərəflər buna imkan verməməlidir.
“Gərginliyin artması və Ukraynanın məğlubiyyəti təkcə Avropa iqtisadiyyatına deyil, qlobal iqtisadiyyata da mənfi təsir edə bilər. Sülhə nail olmaq lazımdır. Ukraynanın ərazi bütövlüyü və suverenliyini qoryumaq və bərpa etmək lazımdır”, - deyə keçmiş kansler vurğulayıb və Ukraynada milli azlıqların hüquqlarının təminatının vacibliyini qeyd edib.
Ukraynanın gələcəyi barədə fikirlərini bölüşən G.Şröder bildirib ki, bu ölkənin Avropaya uğurlu inteqrasiyası yalnız Rusiya ilə mehriban qonşuluq əlaqələrinin qorunduğu və Kiyevin Brüssel və Moskva ilə müvafiq sazişlər imzaladığı halda mümkündür. “Əminəm ki, Rusiya ilə uğurlu əməkdaşlıq olduğu zaman Ukrayna üçün Avropa perspektivi də uğurlu olacaq. Bu yol Rusiya ilə qarşıdurmadan keçmir”, - deyə o söyləyib.
Rusiya barədə danışan G.Şröder vurğulayıb ki, Qərbdə Rusiyanın Avropa ilə inteqrasiyasında maraqlıdırlar. “Super dövlət statusunu itirən Rusiya gücünü bərpa etməyə cəhb edir. ABŞ və Avropa Rusiyanın Asiyaya inteqrasiyasında maraqlı deyil”, - deyə sabiq kansler qeyd edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət