Azərbaycan diasporu dünyanın müxtəlif ölkələrində 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirir. Bu barədə Dasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Bu tarixə həsr olunan tədbirlər çərçivəsində Azərbaycanın Almaniyadakı diaspor təşkilatları Berlində Brandenburq darvazası önündə etiraz nümayişi keçirib. Aksiya iştirakçıları dünya ictimaiyyətini iki əsr ərzində Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğal siyasətini pisləməyə çağırıb.
Benilüks Azərbaycanlıları Konqresi də 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirib. Tədbir iştirakçılarına erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi terror və soyqırım barədə film nümayiş olunub.
Azərbaycanın diaspor təşkilatları dünyanın digər ölkələrində də analoji tədbirlər keçirib, dövlət və beynəlxalq təşklilatların rəhbərlərinə müraciətlər qəbul ediblər.
Bundan əvvəl Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova erməni millətçiləri tərəfindən 1918-ci ilin 31 mart tarixində on minlərlə azərbaycanlıya qarşı törədilən soyqırıma hüquqi qiymət vermək çağırışı ilə dünya birliyinə müraciət edib.
“Erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur”, - deyə ombudsmanın bəyanatında qeyd olunur.
E.Süleymanovanın qeyd etdiyi kimi, XIX əsrin əvvəllərindən başlayaraq tarixi Azərbaycan torpaqları olan Qarabağa, Zəngəzura, İrəvan quberniyasına, Naxçıvana və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülmüşdür.
“Bu qanlı faciələrin daha dəhşətlisi 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələridir. Erməni-bolşevik birləşmələrinin Bakıda 31 mart və 1-2 aprel tarixlərində törətdiyi qırğınlar kütləvi şəkil almış, silahlı erməni dəstələri dinc əhalini amansızcasına qətlə yetirmişlər”, - deyə ombudsmanın bəyanatında bildirilir.
E.Süleymanova vurğulayıb ki, qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində yüz minlərlə soydaşımız, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı milli mənsubiyyətinə görə qəddarlıqla öldürülmüş, məscidlər, məktəb binaları yandırılmışdır. Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, o cümlədən ziyarətgahları, Cümə və Təzəpir məscidlərini, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar.
Onun sözlərinə görə, mart hadisələri zamanı Şamaxının 75, Zəngəzurun 115 kəndi ermənilər tərəfindən tamamilə məhv edilmiş, dinc müsəlman əhalinin bütün əmlakı qarət olunmuşdur. Təkcə Quba qəzasında erməni hərbi dəstələri 122 kəndi yandırmış, 60 kişi, qadın və uşağı qətlə yetirmiş, 53 nəfər isə yaralanmışdı.
“Dünya birliyinə və mötəbər beynəlxalq qurumlara müraciət edərək, Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulacağına, bu ağrılı münaqişənin sülh və danışıqlar yolu ilə aradan qaldırılmasına kömək göstəriləcəyinə əminliyimizi ifadə edirik”, - deyə bəyanatda vurğulanır.
E.Süleymanova beynəlxalq təşkilatları ikili standartlara yol vermədən Ermənistan-Azərbaycan münaqişəsinin həllində Bakının haqlı mövqeyini dəstəkləməyə çağırıb, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası məqsədilə təcavüzkar ölkə olan Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyaların tətbiqini dəstəkləməyə çağırıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət