Polşanın “LOT” aviaşirkəti Azərbaycana müntəzəm hava uçuşlarının təşkilində maraqlıdır, lakin bu, gəlirlilikdən asılıdır. Polşa İqtisadiyyat Nazirliyinin İkitərəfli Əməkdaşlıq Departamentinin baş mütəxəssisi Malqojata Qolembevska belə hesab edir.
“Bakıya birbaşa aviareysin açılması turizmin inkişafı üçün vacibdir. Mən Bakıya çarter reyslərinin açılması məsələsi ilə bağlı turizm agentlikləri ilə sıx çalışıram, çünki bu, “LOT” şirkətinə müntəzəm əlaqə qurmaq üçün daha çox imkan yaradır”, - deyə M.Qolembevska azərbaycanlı jurnalistlərlə görüşdə bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri Varşavadan məlumat verir.
Onun fikrincə, tələbə mübadiləsi, iş adamları arasında əməkdaşlıq ölkələrimiz arasında həftədə iki dəfə reyslər həyata keçirməyə imkan verəcək.
“Yalnız siyasət hər şeyi həll etsəydi, biz çoxdan bu reysi açardıq, lakin gəlirlilik də vacibdir. Bu səbəbdən biz Bakını regiona daxil olmaq üçün “hub” hesab edirik, çünki sizin regionla yaxşı əlaqələriniz var”, - deyə o qeyd edib.
M.Qolembevska vurğulayıb ki, 2014-cü ilin fevral ayında Azərbaycan və Polşa iş adamlarının görüşü təşkil olunub. Görüşdə Polşadan olan sahibkarlar əməkdaşlığa böyük maraq ifadə ediblər.
“Növbəti görüşün apreldə Bakıda keçirilməsi planlaşdırılmışdı, lakin əfsuslar olsun ki, başqa vaxta təxirə salındı. Polşa şirkətləri kənd təsərrüfatı, məhsulların emalı və saxlanılması sahəsində Azərbaycandan olan tərəfdaşlarla əməkdaşlıqda maraqlıdır. Əməkdaşlıq üçün daha bir sahə tikinti sahəsidir. Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin, nəqliyyat, energetika, səhiyyə sahəsində modernləşməyə böyük maraq var. Düşünürəm ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması polşalı sahibkarların iş şəraitini sadələşdirər və imkanlarımızı artırardı”, - deyə o əlavə edib.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət