Rusiyanın Azərbaycanla ikitərəfli əməkdaşlığın inkişafına böyük ehtiyacı var. Bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycanın Rusiyadakı səfrinin müavini Qüdsi Osmanov bəyan edib.
“Bu, Rusiyanın müxtəlif regionlarının rəhbərləri və qubernatorlarının Azərbaycana səfərlərindən bəllidir”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, Rusiyanın müxtəlif regionlarının nümayəndə heyətlərinə işgüzar dairələrin çoxlu sayda nümayəndəsi və sahibkarlar daxildir. Bu isə Rusiya biznesinin Azərbaycanla əməkdaşlığın inkişafına olan marağından xəbər verir.
“Bu il prezident Vladimir Putin Rusiya Regional İnkişaf Nazirliyinə iki ölkənin Prezident administrasiyalarının hamiliyi altında növbəti Rusiya-Azərbaycan Regional Forumunun keçirilməsinə dair göstəriş verib. Beşinci regional forum çərçivəsində Rusiya tərəfi Azərbaycanda nüfuzlu nümayəndə heyətinin iştirakı ilə sərgi keçirməyi planlaşdırır”, - deyə Q.Osmanov vurğulayıb.
Diplomat qeyd edib ki, bununla əlaqədar Rusiya regional inkişaf nazirinin müavini Sergey Nazarov Azərbaycanın Moskvadakı səfirliyində olub və səfir Polad Bülbüloğlu ilə müvafiq məsələləri müzakirə edib.
“Ümumilikdə Rusiya şirkətləri və sahibkarlar uğurla inkişaf edən Azərbaycanla ticari-iqtisadi əlaqələrin inkişafı üçün böyük potensial görürlər”, - deyə səfir müavini vurğulayıb.
Onun sözlərinə görə, bununla əlaqədar rusiyalı sahibkarlar Azərbaycana səfər edərək işgüzar dairələrlə əlaqələrin qurulmasının zəruri olduğunu görürlər.
“Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya Federasiyasının regional subyektləri arasında əməkdaşlığın inkişafı üçün bütün zəruri şəraitin yaradılmasına dair göstəriş verib. Məlum olduğu kimi, bu məqsədlə çoxlu sayda saziş imzalanır”, - deyə Q.Osmanov qeyd edib.
O, investisiya sahəsində ikitərəfəli əməkdaşlıqla əlaqədar mövcud vəziyyətin yaxşı olduğunu deyib.
“Məlum olduğu kimi, Dövlət Neft Fondu “Bank VTB”nin $500 mln. dəyərində səhmlərini əldə edib. Bundan başqa, ARDNF Moskva şəhərinin mərkəzində $200 mln. dəyərində daşınmaz əmlak alıb. Söhbət Tver küçəsində yerləşən “Aktyorlar Evi”ndən gedir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın investisya şirkətləri Rusiyanın müxtəlif regionlarında qeyri-dövlət sektorunda geniş təmsil olunurlar. Rusiya regionlarına Azərbaycan investisiyaları cəlb etmək istəyən RF-nin müxtəlif subyektlərinin rəhbərləri Bakıya rəsmi səfərlər həyata keçirirlər”, - deyə Q.Osmanov vurğulayıb.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
«Nar» komandası «Breyn Rinq» yarışının qalibi oldu
AccessBank yenilənmiş konseptli “20 yanvar” filialını istifadəyə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət