Rusiya və Ukrayna arasında yaranan münaqişəni beynəlxalq vasitəçilərin iştirakı ilə həll etmək lazımdır. Bu barədə Milli Məclisin spikeri Oqtay Əsədov cümə günü parlamentin plenar iclasında bəyan edib.
“Bu gün Rusiya və Ukrayna arasında yaranmış münaqişənin həlli məqsədilə “ATƏT-in Minsk Qrupu”nun yaradılması zərurəti var”, - deyə Milli Məclisin sədri vurğulayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri iclasdan məlumat verib.
Sədrin sözlərinə görə, Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünü tanıyır.
“Mən əvvəllər də bəyan etmişəm ki, həm Ukrayna, həm də Rusiya Azərbaycanın strateji tərəfdaşıdır. Əgər vəziyyətə dərindən nəzər salsaq, görərik ki, bu gün Rusiyaya qarşı sanksiyalar tətbiq olunur. Lakin bu cür sanksiyalar 22 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistana qarşı daha əvvəl tətbiq edilməli idi”, - deyə O.Əsədov vurğulayıb.
Spiker qeyd edib ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinə dair dörd qətnamə qəbul edib, “lakin indiyədək heç kim təcavüzkar dövlət olan Ermənistana qarşı heç bir sanksiya tətbiq etmir”.
“Azərbaycanda torpaqlarımızın işğalı ilə əlaqədar hadisələr baş verərkən Bakı və İrəvan arasında münaqişəni dialoq vasitəsilə həll etmək üçün beynəlxalq səviyyədə ATƏT-in Minsk Qrupunun yaradılması qərara alındı. Bu gün Rusiya və Ukrayna arasında yaranan münaqişəli vəziyyətin həlli üçün ATƏT-in Minsk Qrupuna bənzər strukturun yaradılmasına zərurət var. Burada kiminsə bu və ya digər ölkənin mövqeyini müdafiə etməsi barədə söhbət gedə bilməz. Biz öz mövqeyimizdən çıxış etməli və onu dəstəkləməliyik”, - deyə Milli Məclisin sədri vurğulayıb.
Deputat Azay Quliyev BMT-də Ukrayna ilə bağlı səsvermə zamanı Azərbaycanın nümayiş etdirdiyi mövqeyi yüksək qiymətləndirib.
“Bir çox digər ölkələr kimi, Azərbaycan da Ukraynanın ərazi bütövlüyünün tanınmasına dair qətnaməyə səs verib. Beləliklə, Azərbaycan bir daha uzun illər ərzində tutduğu prinsipial mövqeyinə sadiqliyini nümayiş etdirib. Dövlətimiz və prezidentimiz milli maraqları əsas tutaraq beynəlxalq hüquq normalarını, o cümlədən ərazi bütövlüyünü tanıyan mövqe nümayiş etdirib”, - deyə parlament üzvü vurğulayıb.
Onun sözlərinə görə, bu mövqe yalnız beynəlxalq birlik tərəfindən deyil, həm də Azərbaycanın geniş ictimaiyyəti tərəfindən dəstəklənib.
“Azərbaycan hər zaman ərazi bütövlüyü prinsipinə sadiqliyini nümayiş etdirir. Bu, Kosovo, Gürcüstan hadisələri və digər məsələlərlə də bağlı belə olub”, - deyə A.Quliyev vurğulayıb.
Deputat, həmçinin Xarici İşlər Nazirliyinin nümayəndələri və Milli Məclisin deputatları arasında rüblük məsləhətləşmələrin keçirilməsini təklif edib.
“Azərbaycan deputatları beynəlxalq əhəmiyyət kəsb edən müxtəlif məsələlərin həllində fəal iştirak edirlər. Hazırkı sülh şəraitində Milli Məclisinn XİN ilə əməkdaşlığı mühüm əhəmiyyət daşıyır”, - deyə A.Quliyev qeyd edib.
Deputat Fazil Mustafa isə Rusiya və Ukrayna arasında yaranan vəziyyətə toxunaraq vurğulayıb ki, Azərbaycanın bu məsələ ilə bağlı tutduğu mövqe müəyyən narahatlıq yaradır.
“Azərbaycan rəhbərliyi Krım hadisələrinə çox mürəkkəb beynəlxalq vəziyyətdə münasibət bildirib. Prezidentin BMT Baş Assambleyasında mövqeyinin bildirilməsi bir tərəfdən qürur mənbəyidir, digər tərəfdən isə narahatlıq doğurur, çünki biz yaranmış vəziyyətdən məharətlə çıxmalıyıq. Buna görə də hakim Yeni Azərbaycan Partiyasına bununla əlaqədar memorandum layihəsi hazırlamağı təklif edirəm. Bütün partiyalar ölkənin xarici siyasət kursu üzrə vahid platformanı dəstəkləməlidir. Hazırda çox təhlükəli vəziyyət yaranır və bunu nəzərə almaq lazımdır”, - deyə F.Mustafa vurğulayıb.
Deputat Fəzail Ağamalı isə Rusiya Federasiyası Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin Azərbaycan əleyhinə çıxışları ilə əlaqədar narahatlıq ifadə edib. O, Milli Məclisin rəhbərliyinə Rusiya Liberal Demokrat Partiyası sədrinin bu cür hərəkətləri ilə əlaqədar Rusiya parlamentinə rəsmi qaydada xəbərdarlıq etməyi təklif edib.
“Vladimir Jirinovski dəfələrlə Azərbaycana qarşı bəyanatlarla çıxış edib. Bununla əlaqədar ona adekvat cavab vermək lazımdır. Jirinovskinin bu cür hərəkətlərinin qarşısını almaq üçün Milli Məclisin rəhbərliyi səviyyəsində Dövlət Dumasına xəbərdarlıq etməyi təklif edirəm. Əks halda bu cür çıxışlar Azərbaycan-Rusiya münasibətlərinin inkişafına zərər vuracaq”, - deyə deputat vurğulayıb.
F.Ağamalının təklifini şərh edən parlamentin sədri qeyd edib ki, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov V.Jirinovskinin Azərbaycana qarşı çıxışına kifayət qədər ciddi şəkildə cavab verib.
“Gördüyünüz kimi, Z.Əsgərovun çıxışından sonra V.Jirinovski susdu. Jirinovskinin ilk olmayan bu cür bəyanatına cavab verilib”, - deyə O.Əsədov vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət