“Azərsu” ASC Gədəbəy şəhərində su təchizatı və kanalizasiya infrastrukturunun tikintisi üzrə podratçı seçir. Bu barədə ASC-nin məlumatında bildirilir.
Seçim İslam İnkişaf Bankının “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi” çərçivəsində həyata keçirilir. Proqram layihəsi Gədəbəy şəhəri ilə yanaşı, Astara, Daşkəsən, Qazax, Samux və Tərtərdə su təchizatı və kanalizasiya sistemlərinin infrastrukturlarının yenidən qurulmasını nəzərdə tutur.
Tender üzrə işlərə Gədəbəy şəhərində suqəbuledici qurğuların tikintisi, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması daxildir. Xüsusilə 14,67 km uzunluğunda magistral su xətlərinin çəkilməsi, 72,97 km paylayıcı su şəbəkəsinin yaradılması, 2560 ədəd su sayğacının quraşdırılması, 67,76 km uzunluğunda kanalizasiya şəbəkəsinin, kanalizasiya kollektoru və digər obyektlərin tikintisi planlaşdırılır.
Podratçı seçimi İİB-nin proseduru əsasında həyata keçiriləcək. Tenderdə iştirak haqqı 300 manat ($400) təşkil edir.
Tender təklifləri 3 iyun 2014-cü il tarixinə kimi qəbul edilir. Tender proseduru həmin gün keçiriləcək.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət