Azərbaycana idxal olunan “Premium Euro-95” və “Super Euro-98” benzin markaları “Avro-5” standartlarına uyğundur. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov Xəzər-Avropa Klubunun iclası ərəfəsində jurnalistlərə məlumat verib.
“SMPDK ölkəyə tədarük olunan benzinin keyfiyyətinin yoxlanılmasına başlayıb. Laboratoriyamızda müvafiq analizlər aparılıb. Mənə təqdim olunan məlumata əsasən, ölkəyə tədarük olunan “Premium Euro-95” və “Super Euro-98” benzin markaları “Avro-5” və təbii ki, “Avro-4” standartlarının tələblərinə uyğundur”, - deyə o qeyd edib.
R.Həsənov, həmçinin məlumat verib ki, SMPDK SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) ilə birgə neft-kimya üzrə texniki komitə yaradıb. “Bu komitə yaxın vaxtlarda fəaliyyətə başlayacaq”, - deyə o əlavə edib.
Xəbər verildiyi kimi, 2014-cü ilin mart ayının sonunda Azərbaycana “Premium Euro-95” və “Super Euro-98” benzin markalarının idxalına başlanılıb. Bu benzin markalarının qiymətləri idxalçılar tərəfindən təyin edilir. Azərbaycanın yanacaqdoldurma məntəqələrində “Premium Euro-95” markalı benzinin qiyməti 1 litr üçün 0,93 manat, “Super Euro-98” markalı benzinin qiyməti 1 litr üçün 1,03 manatdır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət