“SOCAR-AQŞ” MMC “Qərbi Abşeron” yatağında 10 yeni quyu qazacaq. Bu barədə MMC-nin rəsmi saytında məlumat verilir.
“Bu yataqda yeni horizontal quyuların qazılması “SOCAR-AQŞ”yə həvalə edilib. İşlərin sifarişçisi “Azneft” İstehsalat Birliyidir. Hər quyunun dərinliyi 1000 metr təşkil edəcək”, - deyə məlumatda qeyd olunur.
Quyuların qazılması 20 nömrəli özüldən həyata keçiriləcək.
Xəbər verildiyi kimi, SOCAR 2014-cü ildə “Qərbi Abşeron” yatağında 20 nömrəli özüldən 10, 2015-ci ildə 10 və 54 nömrəli özüllərdən 20 quyu qazmağı planlaşdırır.
“Qərbi Abşeron” yatağının ehtiyatları 10 mln. ton neft həcmində qiymətləndirilir.
SOCAR-AQŞ” MMC SOCAR və “Absheron Drilling Company” arasında qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi 2007-ci ildə təsis edilib.
Hazırda “SOCAR-AQŞ” “Günəşli” yatağının dayazsulu hissəsində yerləşən 2 Dərin Dəniz Stasionar Özülündə (DDSÖ) 3 qazma qurğusundan istifadə etməklə qazma işləri aparır.
Bundan başqa, “SOCAR-AQŞ” “Bahar Enerji” Əməliyyat Şirkətinin qazma proqramı çərçivəsində bir qazma qurgusu ilə qazma işləri aparır.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
AccessBank daha bir regionda: Goranboyda yeni filialın açılışı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət