Dövlət Miqrasiya Xidməti Azərbaycanda miqrasiyanın vəziyyətinə dair növbəti məlumatları açıqlayıb. Statistikaya əsasən, bu ilin mart ayında miqrasiya normalarının pozulması ilə bağlı 2000-dən çox fakt aşkarlanıb. 300-ə yaxın əcnəbi vətəndaşın ölkədə yaşaması leqallaşdırılıb. 14 əcnəbiyə müvəqqəti və ya daimi yaşamaq hüququ verən yeni sənədlər verilib və ya köhnə sənədləri dəyişdirilib. Bundan başqa, 1653 xarici vətəndaş İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq deportasiya edilib.
Lakin xarici miqrasiyada müşahidə olunan tendensiya diqqət çəkir - son illər xarici vətəndaşlığı olan və daimi yaşamaq üçün tarixi yurdlarına dönən həmvətənlərimizin sayı nəzərəçarpacaq dərəcədə artıb. Əgər ötən əsrin 90-cı illərində vətəndaşlarımızın başqa ölkələrə güclü axını müşahidə olunurdusa, bu gün əks proses baş verir.
“Xarici miqrasiya proseslərində dönüş qeyd olunur. Azərbaycan əmək miqrantları üçün mənşə ölkəsindən təyinat ölkəsinə çevrilib. 2013-cü ildə ölkə prezidentinin sərəncamı ilə 231 əcnəbiyə Azərbaycan vətəndaşlığı verilib. Bir sözlə, uğurlu sosial-iqtisadi siyasət ölkənin əmək bazarını həm əvvəlki illərdə qazanc üçün xarici ölkələrə üz tutmuş Azərbaycan vətəndaşları, həm də xaricilər üçün cəlbedici edib”,- deyə DMX-nin rəis müavini Pərviz Musayev bildirib.
Yeri gəlmişkən, bu günlərdə Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov da yeni miqrasiya trendi haqqında danışıb. Onun sözlərinə görə, son zamanlar Rusiyaya işləməyə gedən azərbaycanlıların sayı azalıb. Bundan başqa, Rusiyada yaşayan bir çox azərbaycanlı miqrantlar vətənə qayıtmağa başlayıblar. Bu, ilk növbədə Azərbaycanda həyat şəraitinin yaxşılaşması, iqtisadiyyatın sürətli inkişafı ilə əlaqədardır ki, bu da vətəndaşlarımıza öz doğma kənd və ya şəhərində də yaxşı qazanc əldə etməyə imkan verir.
Ölkədə, xüsusən də regionlarda sahibkarlığın inkişafı üçün əhəmiyyətli işlər görülüb, iri aqrar layihələr həyata keçirilir. Kənd təsərrüfatı məhsulları istehsalçılarının yüksək məhsuldarlıqlı toxum, cins mal-qara, mineral gübrə, texnika və avadanlıqla təmin edilməsi üzrə tədbirlər görülüb. Dövlət “Aqrolizinq” şirkəti vasitəsi ilə birbaşa dəstək göstərməklə bazar iştirakçılarına stimul verir. Bununla yanaşı, kənd təsərrüfatı məhsulları istehsalçılarının rəqabət qabiliyyətinin artırılması məqsədi ilə dövlət onlara müxtəlif təyinatlı subsidiyalar təqdim edir. Bütün bunlar iş adamlarını cəlb etmək üçün şərait yaradır ki, onların da arasında Rusiya və Ukraynada kapital əldə etmiş biznesmenlər də az deyil. Respublikaya qayıdan bu şəxslər fermer təsərrüfatları və ya emal kompleksləri yaradır və bununla da yerli infrastrukturu inkişaf etdirir, yeni iş yerlərinin açılmasına kömək edirlər.
Ölkənin qeyri -neft sektorunun gələcək inkişafının təmin edilməsi üzrə ciddi proqramların həyata keçirilməsi həm vətənə qayıtmağa qərar vermiş soydaşlarımızın, həm də xarici əmək miqrantlarının cəlb edilməsi üçün güclü amil oldu. Bu gün iqtisadiyyatın müxtəlif sahələrində dünyanın 90 ölkəsindən 50 mindən çox miqrant fəaliyyət göstərir. Onların əksəriyyəti Rusiya, Türkiyə, Gürcüstan və İrandan gəlib.
Diqqətəlayiq faktdır ki, DMX-yə xarici vətəndaşlardan daxil olmuş müraciətlərin demək olar ki, 25%-i Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə alınması ilə əlaqədardır. Lakin əcnəbilərin müəyyən hissəsi qeyri-leqal işləməyə üstünlük verərək, özlərini işəgötürənlər tərəfindən aldadılmaq riskinə məruz qoyurlar. Belə faktların qarşısını almaq üçün DMX Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi Dövlət Xidməti ilə birlikdə müəssisələrdə müntəzəm reydlər aparır.
Miqrasiya üzrə ekspert Azər Allahverənovun fikrincə, ölkə öz inkişafında irəliyə doğru yeni sıçrayışın astanasındadır və miqrasiya sahəsində əsas istiqamətlər müəyyən olunmalıdır. Miqrasiya siyasətində müasir konsepsiya lazımdır. Azərbaycanda yaranmış sosial-iqtisadi vəziyyət xarici işçi qüvvəsinin axınına şərait yaradır. Buna görə də hökumət başqa ölkələrin təcrübəsini nəzərə almaqla daimi əsasda miqrasiya siyasətinin aparılması mexanizmlərini təkmilləşdirməli, əmək miqrantlarının cəmiyyətə uyğunlaşması və inteqrasiyası üçün şərait yaratmalı, miqrasiya kvotası üzrə obyektiv meyarlar işləyib hazırlamalıdır.
Sevil Rüstəmzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət