ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton Las-Veqasda çıxış edərkən bir qadın ona ayaqqabı atıb. Bu barədə Amerikanın “Washington Post” qəzeti məlumat verib.
H.Klinton vaxtında kənara çəkilə bilib və ayaqqabı ona dəyməyib.
“Bu nə idi? Kimsə mənə nəsə atır?”,- deyə sabiq dövlət katibi əvvəlcə özünü itirib. O, bu zaman metal məmulatların utilizasiyası məsələlərinə həsr olunmuş tədbirdə çıxış edirdi.
“Bu, “Cirque du Soleil” şousunun bir hissəsidir. Allaha şükür olsun ki, o, mənim kimi softbol oynamayıb”,- deyə H.Klinton zarafat edib.
Daha sonra tədbirə gəlmək üçün akkreditasiya olunmadığı məlum olan qadın dərhal zaldan çıxarılıb, o, hazırda nəzarət altındadır. Onun nə üçün belə hərəkət etməsinin səbəbləri hələ ki, bilinmir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət