2014-cü ilin I rübündə Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlara 44,7 mln. manat güzəştli kredit verib. Bu barədə vergilər naziri Fazil Məmmədov bazar günü Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında məlumat verib.
“Hesabat dövründə SKMF-in xətti ilə 1,014 min sahibkara 44,7 mln. manat məbləğində güzəştli kredit verilib. Vəsaitin 76,5%-i aqrar sektorun, 23,5%-i isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib”, - deyə nazir bildirib.
F.Məmmədovun çxışının mətni çərşənbə axşamı rəsmi mətbuatda dərc edilib.
Nazir qeyd edib ki, Regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki Dövlət proqramının icra olunduğu 10 il ərzində regionlarda qeydiyyata alınan sahibkarlıq subyektlərinin sayı 7,2 dəfə, vergi daxilolmaları 12,7 dəfədən çox artıb.
O vurğulayıb ki, 2014-cü ilin I rübündə Azərbaycanda 100-ə yaxın sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb, 500-dək müəssisənin isə tikintisi davam etdirilir.
Nazir əlavə edib ki, maliyyə əməliyyatlarının şəffaflığının təmin edilməsi və nağd ödənişlərin məhdudlaşdırılması məqsədilə 2014-cü ildə ticarət və xidmət obyektlərində quraşdırılacaq POS-terminalların sayının 80 minə çatdırılması nəzərdə tutulur (2014-cü il martın 1-nə 34,141 min POS-terminal quraşdırılıb –İF-Az).
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2013-cü ildə fondun xətti ilə sahibkarlara 275 mln. manat məbləğində güzəştli kredit verilib. 2014-cü ildə fond 280 mln. manat məbləğində güzəştli kredit verməyi planlaşdırır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət