2014-cü ilin I rübündə Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşları ötən ilin analoji dövrü ilə müqayisədə 5,9% - 1 mlrd. 538 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatına bütün investisiya qoyuluşlarının 49,2%-i sənaye sahəsinə yönəldilib.
Bununla yanaşı, hesabat rübü ərzində mədənçıxarma sənayesinə investisiya qoyuluşları 1 mlrd. 360,4 mln. manat (artım 25,4%) təşkil edib.
Yanvar-mart aylarında emal sənayesinə investisiya qoyuluşları 34,9 mln. manat (azalma 68,5%) təşkil edib.
Elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi sahəsinə 65 mln. manat (artım 26,9%), su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinə 77,7 mln. manat (azalma 62,3%) investisiya qoyulub.
Bundan başqa, I rübdə nəqliyyat və anbar təsərrüfatı sahəsinə 163,3 mln. manat (azalma 69,4%), rabitə və informasiya sahəsinə 27,2 mln. manat (azalma 32,1%) dövlət idarəçiliyi, müdafiə və icbari sosial təminat sahəsinə 242,6 mln. manat (azalma 1,1%), təhsil sahəsinə 87,9 mln. manat (artım 2,1%) investisiya qoyulub.
2014-cü ilin yanvar-mart aylarında yaşayış evlərinin tikintisi sahəsinə 140,1 mln. manat (artım 32,6%) investisiya qoyulub.
Qalan investisiyalar iqtisadiyyatın digər sektorlarının payına düşüb.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət