2014-cü ildə Azərbaycanın «Azerispace-1» telekommunikasiya peykinin istismarından gəlir $15 mln. təşkil edə bilər. Bu barədə cümə axşamı jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov məlumat verib.
“2013-cü ildə «Azerispace-1»in istismarından $10 mln. gəlir əldə edilib. Bu il gəlirin həcmi $15 mln.-a qədər arta bilər. Müştərilərin sayı artır. Cari ildə «Azerispace-1»in yaradılması məqsədilə cəlb olunan kreditlər üzrə ödənişlər üçün biz Maliyyə Nazirliyinin yardımına ümid edirik. Artıq 2015-ci ildə peyk gəlirlilk səviyyəsinə çıxacaq”, - deyə Ə.Abbasov qeyd edib.
Onun sözlərinə görə, həmçinin 2017-ci ildə orbitə buraxılması planlaşdırılan ikinci "Azerispace-1" telekommunikasiya peykinin yaradılması üzrə də işlər aparılır.
“Məsləhətçilərlə bu istiqamətdə iş davam edir, tender sənədləri hazırlanır”, - deyə nazir vurğulayıb.
Bundan başqa, aşağı orbitli peyklərin buraxılması üzrə də iş davam etdirilir. “Bu cür peykin istehsalına 30 ay vaxt lazım olacaq. Tender elan edilib və seçimdə iştirak edən şirkətlərin sayının artması ilə əlaqədar onun müddəti daha bir ay uzadılıb”, - deyə Ə.Abbasov qeyd edib.
Onun sözlərinə görə, “Azərkosmos” ASC həmçinin Fransanın “EADS-Astrium” şirkətindən aşağı orbitli peyk üzrə birgə kommersiya fəaliyyətinə dair təklif alıb. “Bu təklif məsləhətçilər və digər ekspertlər tərəfindən öyrənilir. Bu, sırf kommersiya layihəsidir və əgər “Azərkosmos”a iqtisadi cəhətdən faydalı olarsa, o zaman qəbul ediləcək”, - deyə nazir bildirib.
Xəbər verildiyi kimi, “Azərspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvineyasında - İF) orbitə buraxılıb. 2010-cu ilin may ayında RİTN Amerikanın peyk istehsalı üzrə ixtisaslaşmış “Orbital Sciences Corporation” şirkəti ilə müqavilə imzalayıb.
Azərbaycan, həmçinin Malayziyanın “MEASAT” şirkəti ilə də orbital mövqeyindən “Azərspace-1” rabitə peyki üçün istifadə etmək barədə müqavilə imzalayıb. Xərclərin 5-7 il ərzində çıxarılacağı, peykin istismar olunacağı sonrakı 15 il müddətində isə xalis mənfəət gətirəcəyi ehtimal olunur.
“Azərspace-1” layihəsinin ümumi dəyəri $233 mln. təşkil edir. Bu məbləğin $121,7 mln.-u peykin hazırlanmasına, $93,8 mln.-u peykin orbitə çıxarılmasına, $17,5 mln.-u isə peykin orbitə buraxılmasının sığortalanmasına, orbitdə birillik istismarına və digər sığorta xərclərinə sərf olunub. Peykin hazırlanmasına sərf olunan $121,7 mln. məbləğə təkcə peykin istehsalı deyil, zəruri yerüstü avadanlığın quraşdırılması, kadrların hazırlanması və digər xərclər də daxildir.
“Azərkosmos” ASC peykin istismarından $420 mln. xalis mənfəət əldə edilməsini gözləyir.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət