2014-cü ilin I rübündə Azərbaycanın dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşları 2 mlrd. 188,4 mln. manat təşkil edib. Bu barədə Maliyyə Nazirliyinin saytında dərc edilmiş məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, 2013-cü ilin birinci rübündə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşları 1 mlrd. 913 mln. manat təşkil edib. Beləliklə, 2014-cü ilin I rübündə onların həcmi 14,4% artıb.
Nazirliyin məlumatına əsasən, 2014-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin mədaxili 4 mlrd. 482,7 mln. manat, xərcləri 4 mlrd. 374,3 mln. manat, profisiti 108,4 mln. manat təşkil edib.
Bununla yanaşı, mədaxil proqnozu 106,1%, xərclər proqnozu 103,3% icra edilib.
Gəlirlərin strukturunda Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 1 mlrd. 762,8 mln. manat (plan 107,1% icra olunub), Dövlət Gömrük Komitəsinin xətti ilə 330,4 mln. manat (plan 100,2% icra olunub), Dövlət Neft Fondundan transfertlər 2 mlrd. 342,6 mln. manat, digər gəlirlər 46,9 mln. manat təşkil edib.
Xərclərin strukturunda sosial təyinatlı xərclərin həcmi 1 mlrd. 271,9 mln. manat (xüsusi çəki 29,1%) təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,3% çoxdur.
Nazirliyin məlumatına görə, 2014-cü ilin birinci rübündə müdafiə xərclərinə 38,8%, səhiyyə xərclərinə 18,6%, nəqliyyat və rabitə xərclərinə 16%, mənzil və kommunal təsərrüfatı xərclərinə 56,4%, təhsil xərclərinə 8,5%, sosial müdafiə və sosial təminat xərclərinə 1,4% çox vəsait yönəldilib.
Cari ilin birinci rübündə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına, yaşayış evlərinin və bu qəbildən olan digər sosial obyektlərin tikintisinə 731,3 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidən qurulmasına və digər sahələrə 1457,1 mln. manat vəsait yönəldilib.
Azərbaycanın 2014 -cü il dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manat, xərcləri 20 mlrd. 63 mln. manat məbləğində təsdiq edilib. Dövlət büdcəsinin kəsiri 1 mlrd. 679 mln. manat və ya ÜDM-in 2,87%-i səviyyəsində proqnozlaşdırılır.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət