ABŞ-ın enerji naziri Ernest Monizin iştirakı ilə keçirilən forumda enerji təhlükəsizliyinin təmin edilməsində Xəzər dənizi və Azərbaycanın strateji əhəmiyyəti müzakirə olunub. Bu barədə Azərbaycanın Vaşinqtondakı səfirliyinin məlumatında bildirilir.
ABŞ-ın Corciya ştatının paytaxtı Atlanta şəhərində Corciya Texnologiya İnstitutunun təşəbbüsü ilə “Təbii qazın dəyişən landşaftı” başlıqlı genişmiqyaslı siyasi forum keçirilib.
Tədbirdə Senatın, enerji sektorunda fəaliyyət göstərən nüfuzlu şirkətlərin nümayəndələri və aparıcı analitiklər iştirak ediblər.
Forumda çıxış edən enerji naziri E.Moniz ABŞ-ın müttəfiqlərinin enerji təhlükəsizliyinin təmininin Amerikanın milli təhlükəsizlik məsələsi olduğunu bəyan edib. O, ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinin təminində Xəzər dənizi enerji ehtiyatları və xüsusilə təbii qazın nəqli yollarının şaxələndirilməsinin vacib olduğunu və bu məqsədə xidmət edən enerji layihələrinin ABŞ höküməti tərəfindən dəstəkləndiyini vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov enerji bazarında etibarlı tərəfdaş imicini qazanmış Azərbaycanın enerji diplomatiyası barəsində qısa məlumat verib. Alternativ enerji mənbələri və yollarının enerji təhlükəsizliyinin təminində rolundan danışan diplomat Avropanın geosiyasi mənzərəsini dəyişən layihə kimi xarakterizə edilən“Cənub dəhlizi” layihəsini qeyd edib. Səfir hazırda Avropa bazarına yeganə yeni təbii qaz axınının yalnız Azərbaycandan nəql edildiyini bildirib.
Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Enerji və Milli Təhlükəsizlik Proqramının direktoru Sarah Ladislav isə bəyan edib ki, yaxın gələcəkdə ABŞ-ın təbii qaz ehtiyatlarının ixracı mümkün olacaq. Lakin o, qiymətlərin münasibliyi baxımından bu ixracın əsasən Asiya bazarını cəlb edəcəyini qeyd edib. Buna görə də Azərbaycan qazının Avropa üçün strateji əhəmiyyəti aktuallığını uzun müddət saxlayacaq.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət