“İnterfaks-Azərbaycan” agentliyinin suallarına Maltanın fəxri spikeri, keçmiş xarici işlər naziri Maykl Frendo cavab verir
Zəhmət olmasa, Azərbaycan və onun inkişaf perspektivləri barədə təəssüratlarınızı bölüşün.
-Azərbaycana birinci səfərimdə Bakının gözəlliyinə, onun Xəzər dənizi buxtasına açılan mənzərəsinə, qədim və müasir memarlıq üslubuna, şəhərin baş planına heyran oldum. Bütün bunlara əsasən Azərbaycanın inkişafını aydın şəkildə görmək mümkündür.
Mən, həmçinin daha ənənəvi memarlığı olan qədim paytaxt şəhəri Gəncəyə də səfər etdim. Bu şəhərin insanlarının nümayiş etdirdikləri qonaqpərvərlik və mehribanlıq məndə həqiqətən böyük iz buraxdı. Ümumiyyətlə görüşlərim zamanı mən azərbaycanlıları xeyirxah və xoşrəftar insanlar kimi tanıdım. Mən hesab edirəm ki, Azərbaycanda turizmin inkişafı üçün böyük potensial var. Bura tarix, mədəniyyət və təbiət gözəlliyinin Şərq və Qərb sivilizasiyasının çoxəsrlik ənənələri ilə ahəng tapdığı ölkədir.
Malta və Azərbaycan arasında ikitərəfli münasibətlərin indiki səviyyəsini necə qiymətləndirirsiniz?
- Münasibətlər yaxşıdır və yüksələn xətlə inkişaf edir. Ancaq bizim daha çox şeyə nail olmaq üçün potensialımız var. Parlament səviyyəsində əməkdaşlığın inkişafı bizim dövlətlərarası münasibətlərimizi tamamlayır. Bakıda beynəlxalq forumların keçirilməsi həm hökumət nümayəndələri və diplomatlar, həm də xalqlar, ziyalılar, parlamentarilər və iş adamları arasında münasibətlər qurmağa imkan verir. SOCAR-ın Maltada yeni elektrik stansiyasına qoyduğu investisiyalar ticari əlaqələrimizin həcminin mütləq artmasına gətirib çıxaracaq amillərdən biridir. Malta Azərbaycanın qoyduğu investisiyaları alqışlayır. Hesab edirəm ki, Maltanın turizm, İKT sahəsindəki böyük təcrübəsi də Azərbaycanda bu sahələrə investisiya qoymağa imkan verə bilər
Azərbaycan 20 ildən artıqdır torpaqlarının işğalından əziyyət çəkir. Ermənistan- Azərbaycan münaqişəsi barədə nə düşünürsünüz?
- Dialoqda israrlı olmaq bu “dondurulmuş” münaqişənin sülh yolu ilə nizamlanması üçün yeganə vasitədir. Qarşılıqlı münasibətlər lazımdır. Avropanın tarixi təcrübəsinə nəzər salın. Tarix boyu düşmən olan ölkələr bu gün siyasi və iqtisadi planda nəinki sıx əməkdaşlıq edir, hətta Avropa Birliyinin və dünyanın təməl daşlarına çevriliblər ki, bir zamanlar bunu təsəvvür belə etmək çətin idi.
Qonşular bir-birlərini seçmirlər: onlar qarşılıqlı hörmət əsasında dinc və yanaşı yaşamaq üçün yol tapmalı, bu bünövrəni iqtisadi və siyasi inteqrasiya ilə möhkəmləndirməlidirlər.
Söhbət etdi Fuad Hüseynzadə.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət