Hesablama Palatası 2014-cü ildə infrastruktur və sosial layihələrin reallaşdırılmasının yoxlanılması üçün nəzarət tədbirlərini gücləndirəcək. Bu barədə Palatanın sədri Vüqar Gülməmmədov cümə günü Milli Məclisdə Hesablama Palatasının ötən il üzrə fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı bildirib.
“Müxtəlif dövlət proqramları çərçivəsində reallaşdırılan infrastruktur və sosial layihələrin yoxlanılması məqsədilə nəzarət tədbirlərinin keçirilməsi Hesablama Palatasının 2014-cü il üçün fəaliyyətinin prioritetlərindən biridir”, - deyə V.Gülməmmədov bəyan edib.
Bundan başqa, cari ildə Palata yoxlamaların aparılması metodologiyasını təkmilləşdirəcək, o cümlədən INTOSAI standartlarını fəal şəkildə tətbiq edəcək.
V.Gülməmmədov əlavə edib ki, 2014-cü ildə Hesablama Palatasının prioritetlərinə verilən göstərişlərin yerinə yetirilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi daxildir. “Biz Palatanın hər zaman yerinə yetirilməyən göstərişlərinin məcburi icra mexanizminin müəyyən olunması üçün “Hesablama Palatası haqqında” qanunun 16.3-cü maddəsinə bəzi dəyişikliklərin edilməsini təklif edirik. Hesab edirik ki, bu cür mexanizmin tətbiqi dövlət idarəçiliyinin səmərəliliyini artıracaq, büdcə vəsaitlərinin daha effektiv istifadəsini təmin edəcək”, - deyə o qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət