Azərbaycanın hərbi potensialını artırması respublikaya zorla qəbul etdirilən bir seçimdir. Milli Məclisin deputatı Zahid Oruc belə hesab edir.
“Bizim nə üçün öz gəlirlərimizi Qarabağ probleminin ağır nəticələrinin aradan qaldırılmasına yönəltməyimiz bütün beynəlxalq qurumlara məlumdur. Məsələ bundadır ki, bu regiona qarşı böyük tələ qurulub. Münaqişə tərəflərinin hər birinin silahlanmasında və onların imkanlarından öz mənafeləri üçün istifadə etməkdə maraqlı olan dairələr var”, - deyə Z.Oruc “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Deputatın sözlərinə görə, bənzər ssenari İran-İraq müharibəsi zamanı da müşahidə olunmuşdu. O zaman SSRİ və ABŞ münaqişə tərəflərini silahlandırırdı.
“Region ölkələrinin silahlandırılması regionun təhlükəsizliyini sarsıtmağa xidmət edir. Nəticədə hər bir ölkə öz təhlükəsizliyini təmin etmək üçün hərbi potensialını gücləndirməyə məcbur olur”,- deyə o vurğulayıb.
Deputat əmindir ki, Qarabağ probleminin həll edilməməsi öz silahlarını münaqişə tərəflərinə satan və eyni zamanda bu regionun inkişaf etməsini istəməyən müəyyən beynəlxalq dairələrin maraqlarına cavab verir.
“Mən demirəm ki, Biz İsveçrə kimi dövlətə çevrilək və tamamilə neytral vəziyyətdə yaşayaq. Hesab edirəm ki, neft gəlirlərimizi təhsil, səhiyyə sahəsinə, dövlətin sosial ehtiyaclarına, vətəndaşların və gənc ailələrin, xaricdə təhsil alan tələbələrin gələcəyinə yönəldə bilərik və bununla da müalicə üçün Türkiyə və İrana üz tutan Azərbaycan vətəndaşlarının sayını əhəmiyyətli dərəcədə azalda bilərik”, - deyə o qeyd edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət