İndi Bank Respublika müştəriləri vəsaitlərin cari hesablarına yatırılması əməliyyatlarını Hesab.az saytı vasitəsilə apara bilərlər. Bu xidmət həmçinin müştərilərə plastik kartların balansını artırmaq və kredit borclarını banka gəlmədən ödəmək imkanı yaradır.
Plastik kart hesabına vəsaitin yatırılması bir iş günü ərzində və yaxud növbəti iş günündə (əməliyyat qeyri-iş günlərində aparılanda) yerinə yetirilir. Müştərinin krediti olduğu halda yatırılan məbləğ avtomatik qaydada kredit qrafikinə uyğun çıxılacaq. Yatırılan vəsait ödəniş qrafikində nəzərdə tutulmuş məbləğdən artıq olarsa – qalıq məbləğ cari hesabda tələb olunanadək saxlanılacaq.
Hesab.az saytında əməliyyat proseduru olduqca rahat və sadədir: “Bank xidmətləri” işarəsini seçdikdən sonra “Bank Respublika” loqotipinə klik etmək. Bank müştərisi müvafiq xanalara hesab nömrəsi və şəxsiyyət vəsiqəsinin seriyasını daxil edir, sonra tələb olunan məbləği ödəyir.
“GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan portal vasitəsilə bank müştəriləri kommunal ödənişləri, internet provayderlərinin, mobil operatorların, kabel televiziyasının, həmçinin bank kredit ödənişlərini həyata keçirə bilərlər. Bütün tranzaksiyalar real vaxt rejimində aparılır və təhlükəsizliyi tam təmin olunur. Hal-hazırda bu xidmət yalnız AZN hesabları üçün aktivdir.
Qeyd edək ki, “Hesab.az” portalında qeydiyyatdan keçmiş hər istifadəçi üçün birinci əməliyyatdan sonra hazır şablon yaradılır ki, növbəti ödəniş zamanı xanaların doldurulması üçün əlavə vaxt sərf edilməsin.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət