Prezident İlham Əliyev çərşənbə günü Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə ağır cinayətlər törətməkdə şübhəli bilinən şəxslərin tutulma müddətini tənzimləyən düzəlişləri təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
AR CPM-ə müvafiq düzəlişlər Milli Məclisin aprel ayının 18-də keçirilmiş plenar iclasında edilib.
Qəbul edilmiş düzəlişlərə əsasən, deputatlar CPM-in 148-ci maddəsinə (Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması) 6 və 7-ci bəndlər əlavə edilib.
AR CPM-in 148.6-cı maddəsində deyilir ki, ağır cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulma müddəti 148.7-ci maddədə nəzərdə tutlmuş hal istisna olmaqla, 48 saatdan artıq davam edə bilməz. Həmin müddət keçənədək tutulmuş şəxsə ittiham elan edilməli, həbslə bağlı prokurorun təqdimatı olduqda isə o, məhkəməyə gətirilməlidir. Məhkəmə təxirə salmadan işə baxmalı və həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarmalıdır.
148.7-ci maddədə deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 102 (Beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 114 (Muzdluluq), 169 (Toplantıları keçirmə qaydasını pozma), 120.2.11 (Qəsdən adam öldürmə), 214 (Terrorçuluq), 214-1 (Terrorçuluğu maliyyələşdirmə), 214-3 (Terrorçuluq məqsədi ilə təlim keçmə), 215.3 (Adamları girov götürmə), 217 (Banditizm), 218 (Cinayətkar birlik-təşkilat yaratma), 219 (Hava və ya su nəqliyyatı gəmisini və yaxud dəmir yolu qatarını qaçırma), 219-1 (Dəniz quldurluğu), 220 (Kütləvi iğtişaş), 274 (Dövlətə xəyanət), 275 (Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulumuş digər silahlı birləşmələrdən Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə), 276 (Casusluq), 277 (Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə-terror aktı), 279 (Qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 280 (Silahlı qiyam), 282 (Təxribat) və 283-1-ci (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma) maddələri ilə nəzərdə tutulan əməlləri törətməkdə şübhəli bilinən və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu, işin xüsusi mürəkkəbliyi və ya toplanmış materialların həcminin böyüklüyü bu məcəllənin 148.6.-cı maddəsində nəzərdə tutulan hərəkətlərin 48 saat müddətində həyata keçirilməsinə mane olduqda, həmin müddət müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə əlavə 48 saat, ümumilikdə 96 saata qədər uzadıla bilər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət