Ceyms Uorlikin ermənipərəst mövqeyini nümayiş etdirən təxribat xarakterli bəyanatlarına görə ATƏT-in Minsk Qrupunun həmsədrliyindən kənarlaşdırılması məsələsini qaldırmağa Azərbaycanın tam əsası var. Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bəyan edib.
“Cənab Uorlik Azərbaycan tərəfinə başqa seçim imkanı qoymayıb”, - deyə diplomat APA agentliyinə bildirib.
A.Əzimovun sözlərinə görə, amerikalı həmsədr ABŞ-ın erməni diasporunun nümayəndələri ilə sıx əlaqələrə malikdir, hansı ki, onlar münaqişənin həllində barışmaz mövqedən çıxış edirlər. Onun bəyanatlarında, konfranslarda çıxışlarında və analitik mərkəzlərin təmsilçiləri ilə görüşlərində birtərəfli yanaşma hiss olunur və münaqişənin tarixi, aparılan danışıqların mahiyyəti təhrif edilir. O, vasitəçilərin fəaliyyəti üçün dəqiq çərçivələr və mandat müəyyən edən və eyni zamanda həll prosesinin təməlində dayanan beynəlxalq hüququn norma və prinsiplərini özü bildiyi kimi şərh edir.
“Onun bəzi mülahizələri isə ümumiyyətlə provokasiya xarakterlidir. Amerikalı həmsədrin Ermənistanla Azərbaycan arasında münaqişənin alovlana biləcəyi haqda hansısa şayiələri tirajlamasını başqa cür qiymətləndirmək mümkün deyil. Onun Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün Ukrayna hadisələrindən necə dərs götürməyin nəzərdən keçirilməsi barədə təklifi isə ən adi tənqidə dözümsüzdür”, - deyə o qeyd edib.
“C.Uorlikin Ermənistanın danışıqlarda tutduğu qeyri-konstruktiv mövqeyə haqq qazandırmağa yönəlmiş çıxışlarının sifarişli xarakteri ortadadır”, - deyə nazir müavini vurğulayıb.
A.Əzimov diqqəti C.Uorlikin Kaliforniyada erməni diasporu tərəfindən mayın 1-də təşkil olunan “İrəliyə doğru yol və Dağlıq Qarabağ Respublikası üçün öz müqəddəratını təyinetmə” adlı tədbirdə iştirak etmək niyyətinə dair KİV-lərin yaydığı məlumata yönəldib. Onun sözlərinə görə, bu cür tədbirdə iştirakın özü vasitəçi üçün yolverilməzdir.
“Biz dəfələrlə Minsk Qrupunun fəaliyyətindən və amerikalı həmsədrin açıqlamalarından narazılığımızı bildirmişik. Biz Uorlikin Minsk Qrupuna etimadı azaldan, həmsədrlərin mandatına zidd olan və ümumilikdə danışıqlar prosesinin gedişinə zərər vuran bu addımlarına göz yuma bilmərik. Cənab Uorlikin bütün bu çıxışları göstərir ki, o, erməni tərəfinin maraqlarını təmin olunması və separatçılıq ideyalarını təbliğinə yönəlmiş addımları şüurlu şəkildə, qəsdən atmaqdadır. Amerikalı həmsədr beynəlxalq hüquq normaları və prinsipləri ilə manipulyasiya edir”, - deyə o vurğulayıb.
A.Əzimov qeyd edib ki, bütün bunlar Amerikanın Minsk Qrupundakı təmsilçisinə etimadsızlıq göstərmək, onunla çalışmaqdan imtina etmək və cənab Uorlikin həmsədrlikdən geri çağırılması məqsədilə ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət etmək üçün Azərbaycan tərəfinə hər cür əsas verir.
“Bizə isə özünü Azərbaycanın strateji tərəfdaşı adlandıran ölkəni təmsil edən həmsədrin gerçək məqsədləri barədə düşünmək qalır. O, ABŞ-ın rəsmi mövqeyinə əks olaraq öz addımları ilə separatçılığa və təcavüzə dəstək verir, Minsk Qrupunda böhranın başlanmasına və durumun gərginləşməsinə gətirib çıxarır”, - deyə diplomat vurğulayıb.
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət