“İnterfaks-Azərbaycan” agentliyinin Milli Məclisin vitse-spikeri, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova ilə müsahibəsi
-Bahar xanım, ATƏT PA-nın Bakıda keçiriləcək sessiyası barədə nə deyə bilərsiniz?
- Bu, ATƏT PA-nın növbəti, 23-cü sessiyası olacaq. Bildiyiniz kimi, Azərbaycan bu sessiyanın keçiriləcəyi məkan olaraq seçilib. Biz bu təşəbbüsü bir neçə il əvvəl irəli sürmüşük. Sessiya Bakıda olacaq. Biz sessiyanı öz evimizdə qəbul edəcəyik, yəni onun keçirilməsi üçün lazım olan hər şəraiti yaradacağıq. Tədbirin gündəliyinə gəlincə, bu, təbii ki, ATƏT PA-nın Bürosu və Daimi Komitəsi tərəfindən müəyyənləşdiriləcək.
- Gündəlikdə hansı məsələlər olacaq?
- Gündəlikdəki məsələlər artıq məlumdur və regionda insan təhlükəsizliyi ilə bağlıdır. Regiondakı vəziyyəti nəzərə alsaq, bu mövzu kifayət qədər aktualdır və dünyada və ATƏT məkanında baş verən hadisələr bu mövzunun əhəmiyyətini daha da artırır.
- Azərbaycan ATƏT PA-nın işindən nə gözləyir?
Biz bu tədbirdə ATƏT-ə üzv olan 57 dövlətdən biri kimi iştirak edəcəyik və ATƏT məkanında baş verən proseslərin müzakirəsinə aktiv şəkildə qoşulacağıq.Yəni bu müzakirələrdə iştirak etmək bizim üçün son dərəcə vacibdir. Bu, eyni dərəcədə bizim də maraqlarımız daxilindədir. Hamını narahat edən məsələlər bizi də narahat edir. Bizim narahatlığımıza səbəb olan və bizi maraqlandıran məsələlər var.
İlk növbədə biz bu tədbiri ən yüksək səviyyədə təşkil etməliyik ki, tədbir iştirakçıları öz işini rahat şəkildə görə bilsinlər.
Bununla yanaşı, Azərbaycan bir daha öz mövqeyini nümayiş etdirəcək. Biz növbəti dəfə regiondakı münaqişəni, torpaqlarımızın işğal edilməsini gündəmə gətirəcəyik.
- Azərbaycan tərəfi sessiyada daha hansı məsələləri qaldırmağı planlaşdırır? Hansısa təşəbbüslər irəli sürüləcəkmi?
ATƏT PA-nın Daimi Komitəsi tərəfindən 23-cü sessiyanın gündəliyinə salınmış mövzu bizim bütün narahatlığımızı əks etdirir. Digər tərəfdən, gündəlikdən asılı olmayaraq biz hər zaman birmənalı şəkildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi ilə bağlı narahatlığımızı ifadə edirik. Nə qədər ki, Qarabağ münaqişəsi həll olunmayıb, bu, bizim əsas, birinci dərəcəli problemimiz olaraq qalır və biz hər yerdə bunun barəsində danışırıq. Biz gələcəkdə də bu məsələyə diqqət çəkəcəyik.
Qeyd etmək istəyirəm ki, ATƏT PA-nın prezidenti Ranko Krivokapiç bu yaxınlarda Azərbaycana səfəri zamanı Qarabağ münaqişəsinin nizamlanması üçün həll yollarının axtarılmasının vacibliyini, xüsusən də Uklraynada baş verən hadisələr fonunda bu məsələnin aktuallığını vurğulayıb. Buna görə də bu məsələlərə rəsmi şəxslər səviyyəsində münasibət bildiriləcək.
İstənilən halda münaqişənin həlli yollarının tapılması istiqamətində səylərin artırılması gözlənilir. Bizim üçün vacibdir ki, bu məsələ yalnız gündəliyə salınmasın, çünki bu, kifayət deyil, məsələnin həlli üçün müəyyən addımlar da atılsın. Bununla yanaşı, ATƏT PA danışıqlar prosesinə öz töhfəsini versin, öz imkan və səlahiyyətləri çərçivəsində münaqişənin nizamlanma yollarını tapsın.
-Bahar xanım, hər dəfə Azərbaycanda nüfuzlu beynəlxalq tədbirlər keçiriləndə Ermənistan rəsmiləri Bakının İrəvanı dəvət etmədiyini bildirirlər. Ermənistan tərəfi ATƏT PA-nın sessiyasında iştirak etməyə dəvət olunubmu?
ATƏT-ə üzv dövlətlərin hər birinə ayrı-ayrılıqda iclasda iştirak etmək üçün dəvət göndərilmir. Bu, bir prosesdir. Qərar verilir və hər bir ölkə bərabər dərəcədə tədbirə dəvət olunmuş sayılır, o cümlədən də Ermənistan. Yalnız beynəlxalq təşkilatların iş prosedurlarını bilməyən adamlar belə bəyanatlar verə bilərlər. Hamı bilir ki, biz təbirin keçirilməsi üçün şərait yaradırıq və üzərimizə düşən öhdəliyi yerinə yetiririk.
-Ermənistan nümayəndə heyətinin təhlükəsizliyini təmin etmək üçün görülən tədbirlər barədə nə deyə bilərsiniz? Ermənistan tərəfi dəfələrlə bəyan edib ki, Azərbaycan bu məsələ ilə bağlı heç bir zəmanət vermir.
-Azərbaycanda olarkən təhlükəsizlik tədbirləri hamı üçün eyni dərəcədə həyata keçirilir. Biz iştirakçılardan hansınasa xüsusi diqqət ayırmırıq. ATƏT PA-nın 23-cü sessiyasının Bakıda keçirilməsinə qərar verilərkən Azıərbaycan üzərinə öhdəliklər götürüb ki, bunlara da əməl edəcək. Azərbaycana kim gəlirsə gəlsin, o cümlədən də Ermənistan nümayəndələri, onların hər birinə həm təhlükəsizlik, həm də normal işləyə bilmələri baxımından eyni şərait yaradılacaq.
- Bu yaxınlarda ATƏT-in Bakı nümayəndəliyinin statusu azaldılıb. Bu, Azərbaycan və ATƏT arasındakı qarşılıqlı münasibətlərdə hər hansı bir çətinlik yaradırmı?
-Xeyr. Bildiyiniz kimi, prosedura əsasən, təşkilatın səlahiyyətlərini ölkə özü müəyyənləşdirir və bu məsələdə ölkənin təklifləri nəzərə alınır. Azərbaycan tərəfi öz təklifini irəli sürdü, müəyyən danışıqlar aparıldı və qərar verildi. Bu mərhələ artıq geridə qalıb. Azərbaycanda yeni status və mandata uyğun olaraq siyasi partiyalar, ictimaiyyət və dövlət strukturları ilə iş aparan yeni koordinator fəaliyyət göstərir. Bu, çox məhsuldar əməkdaşlıqdır. Biz bu əməkdaşlığın davam etdirilməsində maraqlıyıq.
Söhbət etdi: Fərdin İsazadə
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət