Pakistanın Dera İsmayil Xan ərazisinin Tank bölgəsində Azərbaycan tərəfinin dəstəyi ilə inşa edilmiş “Heydər Əliyev Su Təchizatı layihəsi”nin açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun üzvü Fəysəl Kərim Kundi Heydər Əliyev Fondu tərəfindən Pakistanda həyata keçirilən layihələri yüksək qiymətləndirərək bildirib ki, “Heydər Əliyev Su Təchizatı” layihəsi içməli sudan məhrum olan və daim təhlükə ilə üzləşən bölgə sakinləri üçün böyük bir dəstək mənbəyidir
Azərbaycan Respublikasının Pakistandakı səfiri Daşqın Şikarov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrdə silsilə humanitar yardımlar proqramının icra edildiyini bildirib.
“Heydər Əliyev Su Təchizatı layihəsi” dərinliyi 700 metrdən artıq olan quyu, su ehtiyatı, fasiləsiz elektrik təchizatı qurğusu və su paylaşdırıcı sistemdən ibarət olaraq, gün ərzində 150 tondan çox içməli su istehsal edir və bölgədə yerləşən 40 minə qədər insanı içməli su ilə təmin edir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət