Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri Tbilisidə keçirilən sammitin həm üç ölkə, həm region üçün, həm də qlobal miqyasda real nəticələr verəcəyindən əmindirlər.
“Ölkələrimiz arasındakı əməkdaşlıq uzun illərdir davam edir və öz müsbət cəhətləri və nəticələri ilə yaxşı təəəssürat bağışlayır”, - deyə Gürcüstan prezidenti Georgi Marqvelaşvili çərşənbə axşamı üç qonşu dövlətin liderlərinin sammitini açarkən bildirib.
O, azərbaycanlı və türkiyəli həmkarlarını salamlayaraq deyib ki, “bu görüş regionda başladılan vacib layihələrin əhəmiyyətini bir daha vurğulayır”.
Öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev bu sammitin parlaq nəticələr verəcəyinə əminlik ifadə edib.
“Biz üçtərəfli münasibətlərimizin yalnız ölkələrimizə deyil, həm də regiona və bütün dünyaya xidmət etməsinə səy göstəririk”, - deyə İ.Əliyev bildirib.
Türkiyə Respublikasının prezidenti Abdulla Gül Azərbaycan və Gürcüstanla energetika və nəqliyyat sahəsində həyata keçirilən qlobal layihələrin əhəmiyyətini xüsusilə qeyd edib.
“Görüş zamanı bu qlobal layihələri, həmçinin Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizliyin təmin olunması məsələlərini ətraflı müzakirə edəcəyik”,- deyə A.Gül bildirib.
“Biz düşünmürük ki, yüksək Qafqaz dağları bizi ayıran divardır, xeyr, biz faktiki olaraq onları bizi birləşdirən yollara çeviririk”, - deyə A.Gül vurğulayıb və əlavə edib ki “bu, bizim ölkələrimizin, qonşularımızın maraqlarına xidmət edir və qardaşlığımızı gücləndirir”.
Prezidentlərin çıxışlarından sonra hər üç ölkənin hökumət nümayəndələrinin də qatıldığı sammit mətbuat üçün qapalı rejimdə işinə davam edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət