Türkiyə və Gürcüstan arasındakı münasibətlər məhsuldar əməkdaşlıq nümunəsidir. Bu barədə Gürcüstanda rəsmi səfərdə olan Abdulla Gül bəyan edib.
“Gürcüstan hər zaman qonşu və dost kimi Türkiyə üçün vacib ölkə olub, xalqlarımız arasında çox dərin münasibətlər var”, - deyə A.Gül gürcüstanlı həmkarı Georgi Marqvelaşvili ilə görüdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.
Türkiyə liderinin sözlərinə görə, onun ölkəsinin nümayəndə heyəti iki səbəbdən Gürcüstandadır. “Birinci səbəb dünən keçirilən sammitdə iştirakla bağlı idi. Sammitdə region üçün starteji əhəmiyyət daşıyan layihələr müzakirə olunub, ikincisi isə rəsmi səfərdir ki, mən bu səfər çərçivəsində həm prezidentlə, həm də baş nazirlə görüşdüm”, - deyə A.Gül qeyd edib.
O, həmçinin söyləyib ki, hər il Gürcüstana 1,8 mln. Türkiyə vətəndaşı və təxminən bir o qədər də Gürcüstan vətəndaşı Türkiyəyə gəlir. Bu, insanlar arasında əlaqələrin nə qədər geniş olduğunu nümayiş etdirir.
“Biz Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və hörmət edirik. Türkiyə inanıb və inanır ki, bu problem beynəlxalq prinsiplər əsasında həll olunmalıdır”, - deyə Türkiyə prezidenti vurğulayıb.
“Bununla yanaşı, o qeyd edib ki, “Türkiyə hər zaman Gürcüstanın NATO və Avropa Birliyinə üzvlüklə bağlı səylərini dəstəkləyib və bu, gələcəkdə də belə olacaq”.
“Tezliklə sizin ölkəniz Avropa Birliyi ilə assosiasiya haqqında müqavilə imzalayacaq. Bu, çox böyük inkişafdır və biz onu dəstəkləyirik”, - deyə o qeyd edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət