“İnterfaks-Azərbaycan” agentliyinin suallarını RTVi telekanalının İsrail bürosunun redaktoru Boris Yentin cavablandırır
- Ötən həftə İsrailin xari işlər naziri Aviqdor Liberman Bakıya növbəti səfər edib. Ekspert birliyində hesab edirlər ki, son illər ərzində sayca beşinci olan bu səfər mühüm amildir. Siz bu kontekstdə ikitərəfli münasibətləri necə qiymətləndirirsiniz?
- İsrail və Azərbaycan arasında münasibətlər həqiqətən intensiv inkişaf edir. Və yüksək vəzifəli nümayəndələrin Bakıya sıx-sıx səfər etməsi kəmiyyətdən keyfiyyətə doğru dəyişikliklərin göstəricisidr. Son illər İsrail-Azərbaycan münasibətləri yalnız qarşılıqlı faydalı iqtisadi xarakter daşımır, həm də hər iki ölkənin strateji maraqlarına xidmət edir.
- Cənubi Qafqaz kifayət qədər mürəkkəb regiondur və demək olar ki, İsrailin bu regionun hər üç respublikası ilə münasibətlərinin özünəməxsus cəhətləri var. İsrailin bu regionda maraqlarını və hər üç ölkə ilə münasibətlərini qısa şəkildə xarakterizə edə bilərsinizmi?
- Cənubi Qafqazın hər üç respublikası ilə İsrailin özünəməxsus münasibətləri formalaşıb. Şübhəsiz ki, Yerusəlimin Bakı və Tiflislə əlaqələri daha möhkəm və müxtəlifdir, nəinki İrəvanla. Bunun səbəblərindən biri Gürcüstan və Azərbaycanda iri və kifayət qədər nüfuzlu yəhudi icmalarının mövcud olmasıdır. Ermənistanda isə çox az sayda yəhudi yaşayır. Müxtəlif xalqlar arasında münasibətlərin tarixi ənənələri də mövcuddur ki, bu da bütün hallarda dövlətlərarası münasibətlərə təsir göstərir. Və əlbəttə, bütün ölkələrin geosiyasi maraqları da münasibətlərin inkişafına təsir edir. Bu nöqteyi-nəzərdən Azərbaycanla əlaqələrin möhkəmlənməsi İsrailin əsas prioritetlərindən biridir. Lakin Cənubi Qafqaz regionunun digər ölkələri ilə münasibətlərin inkişafına laqeyd qalmaq ağılsızlıq olardı.
- İsrail mətbuatında Azərbaycan-İsrail münasibətlərinin işıqlandırılması zamanı hərbi əməkdaşlıq, məhz Azərbaycanın İsrail istehsalı olan çoxlu silah alması faktı xüsusi olaraq qeyd edilir. Sizcə, ikitərəfli əlaqələrin bu istiqaməti nə dərəcədə ciddidir?
- Sizə məlum olduğu kimi, İsrail Azərbaycana əsas silah tədarükçülərindən biridir. Bu, həm adi silah, həm pilotsuz uçuş aparatlarının Azərbaycana tədarükü, həm tankların modernləşdirilməsi, həm də peyklərin yaradılması sahəsində kooperasiyaya aiddir. Bu cür əməkdaşlıq yalnız biznes deyil, həm də qarşılıqlı strateji maraqlara xidmətdir. Bu səbəbdən ikitərəfli əlaqələrin bu istiqaməti onların inkişafı və möhkəmlənməsi üçün mühüm əhəmiyyət kəsb edir.
- Son illər Azərbaycan-İsrail münasibətləri İsrail və Türkiyə arasında strateji tərəfdaşlığın soyuması kontekstində nəzərdən keçirilirdi. Siz bu iki məsələnin əlaqələndirilməsi ilə razısınızmı? İstənilən halda İsrail və Türkiyə arasında münasibətlərin əvvəlki səviyyəsinin mümkün bərpası bizim ölkələrin əlaqələrinə təsir edəcəkmi?
- Türkiyə Azərbaycanın əsas strateji müttəfiqlərindən biridir. Yerusəlimdə Azərbaycan və Türkiyə xalqlarını bir-birinə nə dərəcədə möhkəm əlaqələrin bağladığını çox yaxşı anlayırlar. Yerusəlim və Ankara arasında diplomatik münaqişənin İsrail-Azərbaycan əlaqələrinə ciddi ziyan vurmaması çox yaxşı amildir. Və İsrail-Türkiyə münasibətlərinin əvvəlki səviyyəsinin bərpasının İsrail-Azərbaycan əlaqələrində daha da əlverişli iqlimin yaranmasına imkan verəcəyini hesab etməyə əsas var.
- Bakıda yekun brifinqində A.Liberman bildirib ki, əgər təklif daxil olarsa, İsrail Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupuna daxil edilməsi təşəbbüsünü nəzərdən keçirə bilər. Bu cür təşəbbüs və postsovet məkanında son hadisələri nəzərə alaraq bu münaqişənin həlli perspektivləri barədə nə düşünürsünüz?
- Bu gün həmin təşəbbüs bir çox səbəbdən real görünmür. Xüsusilə ona görə ki, postsovet məkanında son hadisələr – məhz Rusiya tərəfindən Krımın işğalı və Ukraynanın cənub-şərqində hərbi əməliyyatların keçirilməsi Qarabağa dair danışıqların uğurlu olacağına ümid vermir. Bu gün Rusiya güc yolu ilə, Kiyevin yeni hakimiyyəti ilə danışıqlar aparmadan sərhədlərini dəyişir. Belə guman etmək olar ki, Sovet İttifaqına daxil olan digər ölkələr də əlverişli şərait yaranarsa, diplomatik şərtlərə məhəl qoymaya bilər. Buna görə də fikrimcə, hazırda Qarabağın taleyinə dair danışıqların ciddi perspektivi yoxdur. Müəyyən vəziyyətdə Qarabağda Krım ssenarisi reallaşdırıla bilər – sonradan bu vilayətin Ermənistana birləşdirilməsi ilə referendumun keçirilməsi. Və ya əksinə - əgər mümkün olarsa, Azərbaycan Qarabağı hərbi yolla qaytaracaq. Əldəttə, inanmaq istərdik ki, qan tökülməsinin qarşısını almaq və bütün mübahisəli məsələləri sülh yolu ilə həll etmək mümkün olacaq. Həm Yaxın Şərq, həm Cənubi Qafqaz, həm də Şərqi Avropada ən azından buna can atmaq lazımdır.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət