Azərbaycanın bugünkü gəncləri gələcəkdə müxtəlif dövlət postlarında yaşlı nəsli əvəz etmək və Azərbaycanın bundan sonrakı uğurlu inkişafına xidmət etmək iqtidarındadır. Bu barədə Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bəyan edib.
“Bunun əsasları Heydər Əliyev tərəfindən qoyulub və bugünkü gənclər onun təməlini qoyduğu siyasətin davam etdirilməsi üçün səylərini əsirgəmir”, - deyə Ə.Həsənov Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunan növbəti iclasında vurğulayıb.
Şöbə müdirinin sözlərinə görə, Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirilməsi İlham Əliyevin prezidentliyi dövründə də davam edib.
“Azərbaycanda bir çox digər istiqamətlər kimi, gənclər siyasətinin də əsasını Heydər Əliyev qoyub. İlham Əliyevin on il ərzində prezidentliyi dövründə ölkədə gənclər siyasəti daha fəal inkişaf etməyə başlayıb”, - deyə Ə.Həsənov vurğulayıb.
O qeyd edib ki, ölkə rəhbərliyi gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin sağlamlığına qayğı, gənc ailələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması, gənc oğlan və qızların işlə təminatı məsələlərinə böyük diqqət ayırır.
“Gənclər cəmiyyətin avanqardıdır, gənclərin avanqardı isə tələbəlikdir. Tələbəliyə qayğı gənclər siyasətinin prioritetidir. Gənclər fəallığı, istedadı ilə fərqlənir. Bu səbəbdən istedadlı gənclərin aşkar edilməsi və onların inkişafına dəstəyin göstərilməsi gənclər siyasətinin mühüm tərkib hissəsidir. Öz növbəsində bu istedad sonradan dövlətimizin maraqlarına xidmət edəcək”, - deyə Ə.Həsənov bildirib.
Şöbə müdiri Azərbaycan əhalisinin 31%-ni təşkil edən gənclərin işlə təmin olunmasını mühüm məsələ adlandırıb.
“Bu məsələdə müəyyən çətinliklər var. Lakin əminəm ki, yaxın illərdə bu istiqamətdə mühüm irəliləyiş əldə olunacaq”, - deyə Ə.Həsənov vurğulayıb.
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət