Rəsmi Bakı ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı açıqladığı 6 prinsipi təqdir edir. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə axşamı mətbuat konfransında bəyan edib.
“Həmsədr C.Uorlikin təqdim etdiyi 6 təklif yenilənmiş Madrid prinsiplərinin əsasıdır”, - deyə E.Məmmədyarov “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavabında bildirib. Onun sözlərinə görə, “Azərbaycan hər zaman bunu təklif edib”.
“Hər kəsə məlumdur ki, Azərbaycanın ərazi bütövlüyü sual altında deyil və müzakirə obyekti ola bilməz”, - deyə nazir vurğulayıb. O qeyd edib ki, C.Uorlikin bəyanatı hələ 2009-2010-cu illərdə Akvil və Muskokada həmsədr ölkələrin prezidentləri tərəfindən səsləndirilib.
“Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır. Biz dəfələlər bu barədə bəyan etmişik. Bir daha təkrar edirəm, əgər Ermənistan qoşunlarını çıxararsa, problem öz həllini tapacaq”, - deyə o əlavə edib.
E.Məmmədyarov status-kvonun qəbuledilməz olduğunu vurğulayaraq qeyd edib ki, Rusiya, Fransa və ABŞ-ın həmsədr və prezidentlərinin görüşlərində yaranan vəziyyətə dair eyni mövqe bildirilib.
“Bizim yeganə təklifimiz hərtərəfli sülh sazişi üzərində işlərin tezliklə başlamasıdır. Status-kvo heç kim üçün məqbul deyil. Nə Azərbaycan, nə də həmsədrlər üçün. Deyə bilərəm ki, bu, Ermənistanın özü üçün də qəbuledilməzdir, çünki bu ölkədə inkişaf yoxdur və demoqrafik vəziyyət çox ağırdır”, - deyə o qeyd edib.
Nazirin sözlərinə görə, əgər münaqişə tərəfləri, həmçinin həmsədrlər və region ölkələri “bu altı prinsipi rəhbər tutaraq prosesi ölü nöqtədən tərpədə bilərlərsə, ilk növbədə, İrəvan işğal olunmuş ərazilərdən qoşunlarını çıxarmağa başlayarsa, o zaman böyük imkanlar açılacaq”.
O, həmçinin qeyd edib ki, Ermənistan rəhbərliyinin daim təkid etdiyi təmas xəttindən snayperlərin çəkilməsi məsələsi sülh sazişi üzərində iş başlayandan sonra avtomatik olaraq həll olunacaq.
“Düşünürəm ki, əgər tərəflər hərtərəfli sülh sazişi üzərində işə ciddi şəkildə başlarlarsa və bir-iki il ərzində bu məsələni həll edərlərsə - çünki həmin proses daim davam edə bilməz, snayperlərlə bağlı məsələ də öz həllini tapacaq və hər iki tərəfdən gənclər həlak olmayacaq”, - deyə nazir qeyd edib.
“Biz Ermənistana çağırış edirik: gəlin, bu məsələni həll edək. Əgər İrəvanda bununla ciddi məşğul olmaq istəyirlərsə, bu, böyük şansdır”, - deyə o vurğulayıb.
“Bu, çox mühüm məsələdir, çünki tərəflər (münaqişə - İF-Az) arasında etibar yoxdur. Gəlin, səmimi olaq, nə Ermənistanın Azərbaycana, nə də Azərbaycanın Ermənistana etibarı yoxdur. Qaçqınlarımız qayıdarkən biz onların təhlükəsizlyini təmin etməliyik”, - deyə E.Məmmədyarov vurğulayıb.
“Biz ümumi sözlərlə onların (sülhməramlıların – İF-Az) zəruriliyi barədə bəyan etmişik. Lakin bunun hansı formada, onların tərkibində kimlərin və hansı mandat altında olacağını müzakirə etməmişık. Hələ ki, tezdir. Biz əvvəlcə siyasi razılığa gəlməli, sonra digər məsələlərə keçməliyik”, - deyə nazir bildirib.
C.Uorlik bir gün əvvəl Vaşinqtonda Karnegi Fondunda çıxışı zamanı Qarabağ münaqişəsinin nizamlanması üzrə beynəlxalq vasitəçilərin 6 elementdən ibarət təkliflərini açıqlayıb:
1. Dağlıq Qarabağın mürəkkəb tarixini nəzərə alaraq tərəflər razılaşmalıdır ki, yekun statusun müəyyənləşdirilməsi gələcəkdə qarşılıqlı razılaşdırılmış və hüquqi qüvvəyə malik olacaq, öz iradəsini ifadə etmə əsasında həyata keçiriləcək. Aralıq variantlar müvəqqəti olacaq.
2. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Bakı tərəfindən nəzarət olunmayan ərazisinin aralıq statusu müəyyən olunmalı və həmin ərazinin təhlükəsizliyi və özünüidarəsi təmin edilməlidir.
3. Dağlıq Qarabağ ətrafında ələ keçirilmiş ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Azərbaycanın suverenliyinə hörmətin olmadığı bir şəraitdə problemin həlli mümkün deyil və Azərbaycanın həmin ərazilər üzərində suverenliyi bərpa olunmalıdır.
4. Ermənistanı Dağlıq Qarabağla əlaqələndirəcək dəhlizin olması vacibdir. Bu dəhliz təhlükəsiz gediş-gəliş üçün lazımi genişliyə malik olmalıdır, lakin bütün Laçın rayonunu əhatə edə bilməz.
5. Uzunmüddətli həll çərçivəsində qaçqın və məcburi köçkünlərin öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ tanınmalıdır.
6. Sülhməramlı əməliyyatı özündə ehtiva edəcək beynəlxalq təhlükəsizlik təminatları vacibdir. Bütün tərəflərin etimad etdiyi və yaxşı hazırlanmış sülhməramlı əməliyyat olmadan sülhün təmin olunmasına dair nümunə yoxdur.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət