ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında sazişin 20 illiyi ilə bağlı bəyanat yayıblar.
“Bu saziş müharibəyə son qoyub, ötən illərin faciəli zorakılığı dayandırıb və sülhə nail olmaq məqsədi ilə tərəflərin təklif etdiyi danışıqların əsasını qoyub. Əldə olunan barışıq sayəsində erməni və azərbaycanlıların yeni nəsli müharibənin dəhşətlərinin şahidi olmadan böyüyüb. Tərəflər gələcək nəsilləri bu cür təcrübədən qorumaq üçün əllərindən gələni etməlidir”, deyə ATƏT-in rəsmi saytında dərc edilmiş bəyanatın mətnində qeyd edilir.
Lakin Minsk Qrupunun həmsədrləri hesab edirlər ki, atəşkəs haqqında saziş Dağlıq Qarabağ münaqişəsini həll etməyib.
“Saziş hazırda işğal altında olan Dağlıq Qarabağ ətrafındakı ərazilərlə bağlı məsələni həll etməyib və Dağlıq Qarabağın ststusunun müəyyən olunmasında irəliləyişi təmin etmək iqtidarında deyil. Qəti nizamlanmanın olmaması yüz minlərlə insanın davam edən köçürülməsinə səbəb olub, beynəlxalq sərhəd və təmas xətti boyunca zorakılığın artması təhlükəsinin qalmasına, müəyyən dairələrdə status-kvonun qeyri-müəyyən müddətə saxlanacağına dair yanlış fikirlərə yol açıb”, - deyə bəyanatda vurğulanır.
Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair danışıqlar prosesinin vasitəçiləri vurğulayırlar ki, tərəflər həmsədr ölkələrin təklif etdiyi imkanlardan istifadə etmək və ya sülh prosesində irəliləyişə nail olmaq üçün zəruri siyasi qərarlar qəbul etmək istəmirlər.
ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyan ediblər ki, Dağlıq Qarabağ münaqişəsinə dair ümumi mövqeyi bölüşürlər. Onlar gələcəkdə də münaqişənin Helsinki Yekun Aktının və BMT-nin Nizamnaməsinin xüsusilə “güc tətbiq etməmə, ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etmə hüququ və hüquq bərabərliyi”nə aid əsas prinsiplər əsasında qısa zamanda sülh yolu ilə nizamlanması üçün tərəflərə kömək etməyə hazır olduqlarını ifadə ediblər.
“Nizamlanma prosesinə 2009-2013-cü illərdə həmsədr ölkələrin prezidentlərinin verdikləri bəyanatlarda öz əksini tapmış elementlər daxildir. Həmin elementlərdə Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması (Azərbaycana – İF-Az), Dağlıq Qarabağın təhlükəsizlik və özünüidarəetməyə zəmanət verən aralıq statusu, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhlizi nəzərdə tutur. Gələcəkdə icbari hüquqi qüvvəyə malik olan iradənin bildirilməsi, bütün qaçqın və məcburi köçkünlərin geri qayıtmaq hüququ, həmçinin təhlükəsizliyə beynəlxalq zəmanət, o cümlədən sülhməramlı əməliyyatın keçirilməsi yolu ilə Dağlıq Qarabağın son statusu müəyyən olunacaq”, - deyə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatında bildirilir.
Sənədin müəllifləri vurğulayıblar ki, 2013-cü ilin noyabr ayında onlar münaqişənin sülh yolu ilə həlli istiqamətində Azərbaycan və Ermənistan arasında ən yüksək səviyyədə dialoqun bərpa olunmasını müşahidə ediblər.
“Biz tərəfləri münaqişənin davamlı nizamlanmasına nail olmaq məqsədilə həmin elementlərə əsaslanan, sülh sazişinə gətirə biləcək konstruktiv danışıqlara başlamağa çağırırıq”, - deyə vasitəçilər qeyd ediblər.
Həmsədrlər vurğulayıblar ki, Ermənistan və Azərbaycan xalqları arasında etibar və qarşılıqlı anlaşmaya nail olmadan bu cür nizamlanma mümkün olmayacaq.
“Ermənilər və azərbaycanlılar sülh və təhlükəsizlik şəraitində yaşamağa layiqdirlər. Biz bu məsələdə onlara kömək etməyə hazırıq. Tərəflər sülhün təmin olunması üçün zəruri tədbirlər görməlidir. Bu tədbirlər ATƏT-in və beynəlxalq birliyin tam dəstəyi ilə həyata keçiriləcək”, - deyə ATƏT-in Minsk Qrupunun bəyanatında qeyd olunur.
Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi 1994-cü ilin may ayından qüvvədədir. ATƏT münaqişə tərəflərinin barışıq şərtlərini yerinə yetirməsi haqqında məlumat əldə etmək üçün bu təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin köməyi ilə qoşunların təmas xəttində mütəmadi olaraq monitorinqlər təşkil edir.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qə bul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
Dağlıq Qarabağın statusu bu region üzrə danışıqlara əngəl törədir. Vasitəçilər problemin həllində beynəlxalq hüququn iki prinsipini - Bakının əsaslandığı ərazi bütövlüyünü və İrəvanın mövqeyini əks etdirən xalqların öz müqəddəratını təyin etmə hüququnu bir araya gətirməyə çalışırlar.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət